«Azərbaycan Tibb Universitetinin Jurnalı» elektron jurnalının ƏSASNAMƏSİ
Məqsəd: Tibb, səhiyyə sahələrində innovativ elmi və praktik nailiyyətlərin işıqlandırılması. Tibb və səhiyyə işçilərinin elmi və praktik kvalifikasiyasının artırılması.
Fəaliyyət dairəsi: Tibb, səhiyyə sahələrinə aid məqalə, tezis, konfrans materialların nəşr edilməsi.
Mündəricat |
|
1.1. Bu Əsasnamə “Azərbaycan Tibb Universitetinin Jurnalı”nın (gələcəkdə Redaksiya adlanacaq) məqsədi, funksiyaları, hüquq və səlahiyyətlərini, redaksiyanın məsuliyyətini və fəaliyyətinin təşkilini tənzimləyən əsas normativ sənəddir.
1.2. Jurnalın internet saytı https://www.atuj.az. Redaksiyanın ünvanı: Ənvər Qasımzadə küçəsi,14, AZ1022, Bakı, Azərbaycan Respublikası. Jurnalın elektron ünvanı: [email protected]
1.3. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 20.09.2024 tarixli qərarı ilə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilmişdir.
1.4. Redaksiya rektorun birbaşa tabeliyində fəaliyyət göstərir.
1.5. Redaksiya öz fəaliyyətində aşağıdakıları rəhbər tutur;
1.6. Maliyyələşmə məsələləri:
Müsbət rəy almış əlyazmaların nəşri ödənişli əsaslarla həyata keçirilir. Əldə olunan vəsait jurnalın saytının saxlanılması və yenilənməsi, məqalələrə beynəlxalq identifikasiya nömrəsinin alınmasına və s. yönəldiləcəkdir. Qəbul olunmuş əlyazmaların nəşrinin qiymətləri Elmi Şuranın təsdiqlədiyi Qiymət tarifinə uyğun həyata keçiriləcək.
2. Normativ istinadlar |
Bu Əsasnamə aşağıdakı normativ sənədlər əsasında hazırlanmışdır:
3. Terminlər və əsas anlayışlar |
Müəllif - aparılan elmi tədqiqatların nəticələri əsasında hazırlanan elmi məqalənin müəllifi, yaxud həmmüəlliflər;
Elmi məqalə - klinik və eksperimental elmi tədqiqatların nəticələrini şərh etmək məqsədilə yekunlaşdırılmış əsər və уа ümumi mövzular üzrə dərc edilmiş digər məqаlələriп təhlilinə həsr оluпmuş icmal;
Plagiat - müəllifini, mənbəyini göstərmədən başqasının əsərlərini, elmi kəşf və ixtirasını, səmərələşdirici təklifini, innovasiya məhsulunu tam və ya qismən mənimsəmək, yaxud özününkü kimi təqdim etmək;
Baş redaktor - redaksiya kollegiyasının işinə rəhbərlik edən universitetin rektoru;
Redaksiya kollegiyası - redaksiyanın siyasətini müəyyən edən, elmi məqalələrin dərc edilməzdən əvvəl seçilməsində, hazırlanmasında və qiymətləndirilməsində baş redaktora köməklik göstərən bir qrup nüfuzlu şəxslərdən ibarət məşvərət orqanı;
Redaksiya şurası- jurnalın elmi istiqamətlərini müəyyən edən, fəaliyyətini planlaşdıran, mübahisəli məqalələrin qəbul, yaxud geri qaytarılmasını həyata keçirən icraedici məşvərət orqanı;
Rəyçi - müəllif materiallarını elmi ekspertizadan keçirən və nəşrinin mümkünlüyünü müəyyən edən ekspert;
Rəy - elmi məqalənin dərcinin məqsədəuyğunluğunu, jurnalda qoyulan tələblərə cavab verilməsini müəyyən etmək üçün rəyçi tərəfindən qiymətlən-dirilmə proseduru;
Məsul katib- jurnal materiallarının nəşr üçün vaxtında və keyfiyyətlə hazırlanması işini təşkil edən , həmçinin jurnalın beynəlxalq məlumat bazalarına daxil olmaq üçün zəruru prosedurları həyata keçirən şəxs.
4. Redaksiyanın təşkilatı strukturu |
Redaksiya heyəti Azərbaycan Tibb Universitetinin tərkibində ictimai əsaslarla fəaliyyət göstərir.
Redaksiyanın tərkibi baş redaktordan, baş redaktorun müavinlərindən, elmi redaktordan, məsul katibdən, redaksiya kollegiyasından, redaksiya şurasından ibarətdir.
Redaksiyada daxili vəzifələrə təyin və azad olunma, vəzifə bölgüsü rektor tərəfindən təsdiq edilən vəzifə təlimatları ilə müəyyən edilir. Redaksiya kollegiyası və redaksiya şurasının tərkibi rektorun əmri ilə təsdiq edilir.
Redaksiya kollegiyası - jurnalın strategiyasını, tibb və səhiyyədə əsas tendensiyaları proqnozlaşdıran məşvərətçi orqandır. Redaksiya kollegiyası ictimai xadimlərdən, tanınmış mütəxəssislərdən ibarət olur.
Redaksiya kollegiyası və şurasının sədri - jurnalın baş redaktoru Universitetin rektorudur. Baş redaktor iclaslarda iştirak etmədiyi halda, iclasları baş redaktorun müavinlərdən biri aparır.
Redaksiya şurasının sədri redaksiyanın fəaliyyəti və jurnalın yayılması üçün zəruri şəraiti təmin etmək səlahiyyətinə malikdir. Redaksiya şurası - jurnalın analoji nəşrlər arasında lider mövqeyini təmin edən daimi fəaliyyət göstərən idarəetmə orqanıdır.
5. Redaksiyanın siyasəti |
5.1. Redaksiyanın əsas məqsədi:·
Tibb elminin və səhiyyənin inkişafına töhfə verən, praktiki əhəmiyyət daşıyan tədqiqatların yayılması.
5.2. Redaksiyanın qarşısında duran məsələlər:- Səhiyyə və tibb sahəsində yeni elmi nəticələri işıqlandırmaq.
6. Jurnal haqqında əsas məlumatlar |
6.1. “Azərbaycan Tibb Universitetinin Jurnalı” nəşrinin təsisçisi Azərbaycan Tibb Universitetidir.
6.2. Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 10 iyun 2020-ci ildə Mətbu nəşrlərin reyestrinə daxil edilmişdir ( № 4303).
6.3. "Azərbaycan Tibb Universitetinin Jurnalı” ildə 2 dəfə nəşr olunur. Jurnalın identifikasiya nömrəsi İSSN 2788-9807.
6.4. Jurnal azərbaycan, rus və ingilis dillərində nəşr edilir.
6.5. Jurnalın nömrələnməsi davamlıdır, yarandığı tarixdən (2019-cu il) ardıcıldır. Hər nömrəsinin buraxılış nömrəsi qeyd olunur.
6.6. Jurnal tibbin və səhiyyənin əsas istiqamətləri üzrə nəşr olunur, sahələrin siyahısı jurnalın redaksiya heyəti tərəfindən müəyyən edilir.
6.7. Jurnalda aşağıdakı bölmələr üzrə məqalələr yerləşdirilir: orijinal məqalələr, icmal, klinik hal, klinik protokol, radioloji klinik hal, redaktora məktub, redaktordan, təbabət tarixi, tezis, beynəlxalq konfrans. Bir sıra hallarda baş redaktorun qərarı əsasında tibbi konfransların elmi əsərlərinin məcmusu ayrıca elektron jurnal şəklində nəşr edilə bilər.
6.8. Jurnal beynəlxalq təşkilatlar (WAME,COPE) və Helsinki deklarasiyası tərəfindən formalaşdırılan prinsipləri dəstəkləyir və istifadə edir.
7. Rəylərin verilməsi |
Redaksiyaya təqdim edilən əlyazmalar rəyçilər tərəfindən iki tərəfli “anonim“ rəyçilik prinsipi əsasında dəyərləndirildikdən sonra onların dərc edilib-edilməməsinə qərar verilir. Rəyçilər qismində elmi dərəcəsi olan şəxslər (redaksiya heyətinin üzvləri və ya xarici rəyçilər) və ya təqdim olunan materiallar mövzusuna və məzmununa uyğun sahədə aparıcı mütəxəssislər cəlb edilir. Resenziyalaşdırma və təsdiqetmə müddəti ümumilikdə 3 aydır. Əlyazmanın müəllifi (həmmüəllif) rəyçi ola bilməz.
8.Nömrənin formalaşdırılması qaydası |
8.1. Jurnalın hər bir nömrəsi məqalələrin qəbul edilməsi, resenziyalaşdırılması və redaktə edilməsi müddətinə müvafiq olaraq formalaşdırılır.
8.2. Nömrənin formalaşdırılması zamanı aşağıdakılar nəzərə alınır:
9. Əlçatanlıq Siyasəti |
9.1. Jurnal açıq çıxış siyasətinə riayət edir. Bu məqsədlə jurnal:
9.2. Jurnalın hər nömrəsi elektron formatda www.atuj.az səhifəsində yerləşdirilir. Saytda nəşrin təsisçisi, redaksiya heyətinin tərkibi, redaksiya siyasəti, jurnalın məqsədi və tematik istiqamətləri, məqalələrin növü və resenziyalaşdırma qaydası, hər bir məqalə üçün DOI haqqında məlumatlar dərc olunur.
9.3. Jurnalın elektron formatda dərc olunması elmi məlumatların yayılmasına və oxucu auditoriyasının genişlənməsinə kömək edir. İstifadəçilər məqalələrin mətnlərini ödənişsiz oxuya, yükləyə bilər, lakin materialları yenidən çap edərkən jurnala istinad tələb olunur.
10. Jurnalın yayılması |
11. Arxivləşdirmə |
11.1. Jurnal digər müəlliflərin məqalələrinin axtarışını və istinadını yaxşılaşdırmaq üçün açıq arxiv siyasətinə riayət edir. Keçmiş buraxılışların elektron versiyaları jurnalın internet saytında pulsuz istifadə üçün arxivləşdirilir.
12. Nəşr etikasının prinsipləri |
12.1. Müəlliflik və həmmüəlliflik. Bütün müəlliflər və həmmüəlliflər müəlliflik meyarlarına cavab verməli və əlyazmalarında müəllifliyi düzgün göstərməlidirlər. Müəlliflər işlərinə töhfələrini aydın şəkildə ifadə etməyə təşviq olunurlar.
12.2. Orijinallıq. Müəlliflər təqdim olunan əlyazmanın ilkin olaraq onlar tərəfindən yazıldığından əmin olmalıdırlar. Əsər əvvəllər nəşr edilməmiş və ya başqa yerdə dərc olunmaq üçün nəzərdə tutulmamalıdır. Əgər başqalarının işi və/yaxud sözləri daxil edilərsə, onlara müvafiq qaydada istinad edilməlidir. Əlyazmanın plagiat olub olmaması xüsusi proqramlar ilə yoxlanılacaq.
12.3. Məlumata giriş və sitat: Müəlliflərdən redaksiya baxışı üçün məqalə ilə bağlı ilkin məlumatları təqdim etmələri tələb oluna bilər. Onlar həmçinin belə məlumatlara ictimai çıxışı təmin etməyə hazır olmalıdırlar. Məlumatlar məqalələrə, kitablara və vebsaytlara olan keçidlərlə eyni şəkildə göstərilməlidir və müəlliflər öz biblioqrafiyasının bir hissəsi kimi məlumat sitatlarını daxil etməlidirlər.
12.4. Mənbələrin təsdiqi: Müəlliflər əlyazmada başqaları tərəfindən verilmiş hər hansı bir işi düzgün şəkildə etiraf etməlidirlər.
12.5. Müəllifin razılığı olmadan tədqiqat məlumatlarının açıqlanmasına və ya şəxsi məqsədlər üçün istifadəsinə mane olan müəllifin əqli mülkiyyət hüququna hörmət edilməlidir.
12.6. Əlyazma materialların resenziyalaşdırması zamanı məxfilik və anonimlik təmin olunmalıdır.
12.7. Bəyannamə və Maraqların Toqquşması: Bütün ərizələrə potensial maraqlar toqquşmasını təmsil edən bütün münasibətlərin açıqlanması daxil edilməlidir.
12.8. Hesabat Standartları: Orijinal tədqiqat işlərinin müəllifləri yerinə yetirilən işin dəqiq hesabatını, habelə onun əhəmiyyətinin obyektiv müzakirəsini təqdim etməlidirlər.
12.9. İnsan və Heyvan Hüquqları: İnsan eksperimentini əhatə edən tədqiqatlar üçün, prosedurların insan təcrübələri üzrə məsul komitənin (institusional və milli) etik standartlarına uyğun olaraq yerinə yetirildiyini göstərmək üçün uyğunluq bəyannaməsi tələb olunur. Heyvanları əhatə edən eksperimentləri bildirən tədqiqatlar üçün müəlliflərdən laboratoriya heyvanlarına qulluq və istifadə üçün institusional və/yaxud milli təlimatlara əməl edilib-edilmədiyini bildirmələri xahiş olunur.
12.10. Tədqiqat Etikası. Klinik sınaqlar yerli və beynəlxalq standartlara uyğun olaraq klinik sınaq reyestrlərində qeydə alınmalıdır.
12.11. Müəlliflərin Etik Bəyannaməsi: Müəlliflər işin hər hansı bir hissəsinin dəqiqliyi və ya bütövlüyü ilə bağlı məsələlərin lazımi qaydada həll olunmasını təmin edərək, işlərinin bütün aspektlərinə (məlumatlara tam giriş, məlumatların bütövlüyü və məlumatların təhlilinin dəqiqliyi daxil olmaqla) məsuliyyət daşıyırlar.
13. Redaksiya heyətinin vəzifələri və hüquqları |
13.1. Jurnalın redaksiya heyəti səlahiyyətləri daxilində yaranan risklərə görə məsuliyyət daşıyır.
13.2. Redaksiya heyəti Azərbaycan Respublikasının antikorrupsiya idarəetmə sistemi, korrupsiyaya qarşı mübarizə siyasətinə riayət olunmasına, maraqlar toqquşmasının həlli qaydalarının, daxili normativ sənədlərin və Azərbaycan Respublikasının qanunvericilik aktlarının tələblərinə əməl olunmasına görə məsuliyyət daşıyır.
14. Rəyçilərin vəzifələri və hüquqları |
14.1. Rəyçi işə başlamazdan əvvəl üzərinə düşən öhdəliklərlə tanış olmalıdır.
14.2. Rəyçi aşağıdakı qaydalara əməl olunmasına görə məsuliyyət daşıyır:
1) Müəlliflik hüququ ilə bağlı materialların məxfi elmi ekspertizasını həyata keçirmək və tədqiqatın nəticələrinin dərc edilməsinin mümkünlüyü barədə qərar qəbul etmək.
2) Əgər bunun üçün kifayət qədər ixtisas bilikləri yoxdursa və ya müəyyən edilmiş vaxt çərçivəsində əlyazmaya baxış təqdim edə bilmirsə və əlyazma materiallarının qavranılmasına və inteqrasiyasına təsir edən açıq-aydın maraqlar toqquşması varsa, rəy verməkdən imtina etmək. Əlyazmanın nəzərdən keçirilməsinin nəticələrinə əsasən rəyçi məqalənin sonrakı taleyi ilə bağlı tövsiyələr vermək (rəyçinin hər bir qərarı əsaslandırılmalıdır).
3) Müəllif tərəfindən aparılan tədqiqatın nəticələrinin aktuallığına, elmi əhəmiyyətinə, etibarlılığına və yeniliyinə əsaslanaraq rəyin maksimum obyektivliyinə zəmanət vermək. Müəllifə şəxsi münasibətdən və ya hər hansı digər səbəblərdən irəli gələn subyektiv xarakterli hər hansı tənqidi şərhlər qəbuledilməzdir.
4) Bütün mümkün maraq toqquşmalarını haqqında məlumat vermək.
5) Əlyazmanın surətlərini saxlamamaq və onun materiallarını başqa şəxslərə verməmək. Bundan əlavə, resenziyalı əlyazmada təqdim olunan məlumatı müəllifin razılığı olmadan dərc olunmazdan əvvəl öz tədqiqatında istifadə etməmək.
6) Nəzərdən keçirilən materialın təqdimatının aydınlığını və orada əvvəllər dərc edilmiş əsərlərdən istifadə edilmiş bütün məlumatlara istinadların olub-olmadığını yoxlamaq.
7) Müəllifin tədqiqatlarının obyektivliyini və qanuniliyini nəzərdən keçirilən əlyazma ilə bağlı gəldiyi nəticəni əsaslandırmaq.
8) Resenziyalaşdırılan əlyazmanın əvvəllər dərc olunmuş məqalələrlə əhəmiyyətli oxşarlıqları (plagiat halları) varsa, redaksiya şurasının üzvlərinə bu barədə məlumat vermək.
15. Müəlliflərin vəzifələri və hüquqları |
15.1. Müəlliflər görülən işin etibarlı nəticələrini müzakirəyə təqdim etməlidirlər. İşin əsasını təşkil edən məlumatlar səhvsiz təqdim edilməlidir. Yanlış və ya səhv məlumatlar qəbuledilməzdir.
15.2. Elmi xülasə və məqalələr dəqiq və obyektiv olmalıdır.
15.3. Əlyazma ilə əlaqəli tədqiqatın ilkin məlumatları redaksiya şurası tərəfindən müəlliflərdən tələb oluna bilər. Müəlliflər bu tip məlumatların redaksiya şurası üçün əlçatan olmasını təmin etməlidirlər.
15.4. İnsanlar üzərində aparılan eksperimental tədqiqatların nəticələrini bildirərkən müəlliflər həyata keçirilən prosedurların Helsinki Bəyannaməsində müəyyən edilmiş etik standartlara uyğun olub-olmadığını göstərməlidirlər. Tədqiqat Bəyannamənin prinsipləri nəzərə alınmadan aparılıbsa, müəlliflər tədqiqata seçilmiş yanaşmanı əsaslandırmalı və tədqiqatın aparıldığı qurumun etik komitəsinin razılığını almalıdır.
16. Redaksiya heyətinin üzvlərinin vəzifələri və hüquqları |
16.1. Redaksiya şurası araşdırma zamanı pozuntunun baş verdiyi məqalələrin aşkarlanması və dərcinin qarşısının alınması üçün əsaslı addımlar atmalıdır.
16.2. Redaksiya şurası bu cür pozuntulara bilərəkdən yol verməməlidir.
16.3. Redaksiya heyətinin üzvü elmi araşdırma zamanı yol verilmiş pozuntu ilə bağlı hər hansı fakt aşkar etdikdə, bu fakt və ya iddia redaksiya şurası tərəfindən müvafiq qaydada nəzərdən keçirilməlidir.
16.4. Redaksiya şurası lazım gəldikdə düzəlişləri, təkzibləri dərc etməyə həmişə hazır olmalıdır.
17. Qeyri-etik davranış |
17.1. Qeyri-etik davranış - müəlliflərin öz məqalələrinə öncədən danışılmış psevdo-resenziyalar təqdim etmələri, digər bir elm adamına məxsus tədqiqat nəticələrinin istinad göstərmədən özününkü kimi təqdim etmək; müəlliflərin siyahısının saxtalaşdırılması, psevdoelmi mətnlərin dərc edilməsi, hazır elmi məqalələrin alın-ması üçün xüsusi agentliklərə müraciət etmək, müəlliflərin razılığı olmadan məqalə mətnlərinin başqa jurnallara ötürülməsi, müəlliflərin materiallarının üçüncü şəxslərə verilməsi, müəlliflik hüququnun və redaksiya prosesinin məxfilik prinsipinin pozul-ması, sitatların manipulyasiyası, plagiat, saxtakarlıq və uydurma.
18. Məqalələrin geri qaytarılması və düzəlişlərin , üzrxahlıqların, təkziblərin dərc edilməsi üçün əsaslar |
18.1. Jurnalın redaksiya heyəti məqaləni geri qaytarmaq hüququna malikdir.
18.2. Məqalələrin geri qaytarılması üçün əsaslar: 1) hər hansı formada plagiat, o cümlədən istinad göstərmədən, başqalarının tədqiqatının nəticələrinin mənimsənilməsi, habelə məqalənin və ya onun əhəmiyyətli hissəsinin artıq dərc olunmuş materialdan tərcüməsi; 2) məqalədə onun elmi dəyərinə şübhə yaradan ciddi səhvlərin (nəticələrin yanlış interpretasiyası) aşkar edilməsi; 3) məqalədəki məlumatların saxtalaşdırılması, uydurma və ya ədalətsiz manipulyasiyasının aşkar edilməsi; 4) müəlliflərin səhv siyahısı (tədqiqata mühüm töhfə vermiş şəxslərin müəlliflərin siyahısında qeyd edilməməsi, tədqiqatda və/və ya əlyazmanın hazırlanmasında iştirak etməyən şəxslərin qeyd edilməsi); 5) müəllif və rəyçilər arasında gizli maraqların toqquşması (və nəşr etikasının digər pozuntuları); 6) müəlliflərin jurnalın redaksiya heyətinə məqalənin geri götürülməsi üçün yazılı müraciəti; 7) başqa nəşrin redaksiyası və ya digər şəxslər tərəfindən qeyri-etik davranışın olması barədə sübutunm təqdim etməsi; 8) redaksiya şurası məqalənin geri qaytarılma səbəbini əsaslandırır.
18.3. Məqalənin geri qaytarılma proseduru: 1) Ərizə qəbul edildikdən sonra redaksiya heyəti məlumatları yoxlamaq üçün komissiya təyin edir. 2) Redaksiya Şurasının iclasında müraciətə baxılır və müvafiq qərar qəbul olunur.3) Növbəti nömrədə məqalədə buraxılmış səhv qeyd olunaraq, yeni versiyada dərc olunur.4) Redaksiya heyəti geri qaytarılmış məqalənin müəllifi ilə gələcək əməkdaşlıq barədə qərar qəbul etmək hüququnu özündə saxlayır.
18.4. Düzəlişlər, üzrxahlıqlar, təkziblər. Müəllif nəşrdə əhəmiyyətli səhvlər və ya qeyri-dəqiqliklər aşkar edərsə, onların aradan qaldırılması üçün Redaksiya Şurasını məlumatlandırmalıdır. Redaksiya Şurası məqalələrdə əhəmiyyətli səhvlərin olması barədə üçüncü şəxslərdən əsaslandırılmış məlumat aldıqda, məqaləni qəbul etməməli və bu halda müəllif səhvləri aradan qaldırmağa və ya sübut təqdim etməklə təkzib verməyə borcludur.
18.5. Dərc edilmiş məqaləyə düzəlişlər etmək üçün əsaslar: 1) nəşrlərin kiçik bir hissəsini etibarsız edən səhvin aşkar edilməsi; 2) müəlliflər siyahısındakı səhvlər; 3) məqalənin kiçik bir hissəsinin plagiatının aşkar edilməsi.
19. Yekun müddəalar |
19.1. Bu Əsasnamə Universitetin Elmi Şurasında təsdiq edilir.
19.2. Bu Əsasnaməyə əlavə və dəyişikliklər Universitetin Elmi Şurasının qərarı əsasında rektorun əmri ilə icra edilir.
19.3. Jurnalın redaksiya heyətinin tərkibi rektorun əmri ilə təsdiq edilir.