Redaktorun tövsiyyə etdikləri

ATU-da Heydər Əliyevin 102-ci ildönümü qeyd olunub

 

Rektor, professor Gəray Gəraybəyli: Gənclərimiz bugünkü Azərbaycanın banisini dərindən öyrənməlidirlər

Azərbaycan Tibb Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri universitetin rektoru, professor Gəray Gəraybəyli açaraq bildirib ki, ölkəmizin hər yerində və ölkəmizdən kənarda Ümummilli Liderin anadan olması günü ilə bağlı tədbirlər təşkil edilir.

Rektor vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri danılmazdır: “Tibb Universitetində əvvəllər H.Əliyevin anadan olması, anım günü və digər tarixi hadisələrə həsr olunmuş tədbirlərdə universitetin professor-müəllim heyəti iştirak edərdi. Ancaq keçən ildən qərara gəldik ki, bu tədbirlərin böyük hissəsini tələbələr üçün təşkil edək. Məlumdur ki, professor-müəllim heyəti yaşlı bir nəsildir, bu tarixin müəyyən hissəsini özləri görüb, canlı şahidləri olublar. Ancaq tələbələrimiz, gənclərimiz tarixi hadisələri bizdən öyrənir. Nə qədər kitablar yazılsa, filmlər çəkilsə, məktəblərdə tarix dərsləri keçilsə belə, kifayət deyil. Bu gün sakit, firəvan həyat yaşayan gənclər xalqımızın keçmişdə hansı ağır şəraitlə üzləşdiyindən məlumatlı olmalıdırlar. Bilməlidirlər ki, Azərbaycan heç də həmişə indiki kimi hər sahədə inkişaf etmiş, nüfuzlu bir ölkə kimi tanınmayıb. Dövlətimizin qurulmasında, ölkəmizin hazırki səviyyəyə çatmasında tarixi şəxsiyyət – Ulu Öndər Heydər Əliyevin böyük rolu olub”.

Professor G.Gəraybəyli çıxışı zamanı Ümummilli Liderin müasir Azərbaycanın tarixini yazanlardan biri olması, müstəqilliyimizi hansı çətinliklər bahasına qoruyub saxlamasından söhbət açıb: “Ulu Öndər hakimiyyətə gələn zaman elə məqamlar var idi ki, Azərbaycan bir dövlət kimi müstəqilliyini itirə bilərdi. Ancaq o, uzaqgörən siyasəti nəticəsində bütün maneələri aradan qaldırdı və Azərbaycanın günü-gündən inkişaf etməsinin təməlini qoydu. Ölkəmizi parçalamaq istəyən qüvvələrin arzuları puç oldu.

Ona görə də istər Tibb Universitetində, istərsə də digər universitetlərdə oxuyan gənclərimiz tariximizin bu şanlı səhifələrini öyrənməli və bilməlidirlər ki, bugünkü Azərbaycanın yaradıcısı var. O, fenomen şəxsiyyət, böyük siyasi lider, sözün əsl mənasında Azərbaycan xalqının xilaskarı Ulu Öndər Heydər Əliyevdir. Böyük bir xoşbəxtlikdir ki, onun qoyduğu təməli, ideyaları bu gün layiqli davamçısı olan cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva uğurla həyata keçirir”.

Sonra tədbir iştirakçıları Ümummilli Liderin həyat yolundan bəhs edən video-roliki izləyiblər. Burada onun xalqımız, dövlətimiz, müəllimlər, həkimlər və s. barədə ibrətamiz sözləri yer alıb.

Daha sonra uzun illər Prezident Heydər Əliyevin köməkçisi olmuş, Prezident Katibliyinin rəisi işləmiş professor Dilarə Seyidzadə çıxış edib. Dilarə xanım Ulu Öndərlə bağlı çoxsaylı xatirələrindən söhbət açıb, onun xalqına, millətinə, dilinə, dininə, mədəniyyətinə necə bağlı olduğunu nümunələrlə dilə gətirib: “Ölkədaxili və xarici səfərlərində həmişə iştirak etmişəm. Regionlarda əhalinin sosial rifahı ilə yaxından maraqlanırdı. Şikayətlərlə tanış olmağı və ona məlumat verməyi mənə tapşırmışdı. Ən yaralı yeri torpaqlarımızın itirilməsi və qaçqınlar problemi idi. Azərbaycanın müxtəlif ölçüdə xəritələrini hazırlatdırmışdı. Xarici səfərləri zamanı görüşlərində bizim haqlı, ermənilərin haqsız olduğunu xəritə üzərində izah edirdi. Ümumiyyətlə dünya liderləri onun zəngin biliyinə və geniş məlumatlılığına heyran qalırdılar. Hətta bəzən elə olurdu ki, onlar öz ölkələri ilə bağlı bilmədikləri hansısa bir məlumatı Ulu Öndərdən eşidirdilər”.

Professor D.Seyidzadə belə hallarla bağlı bir neçə misal çəkib. Bildirib ki, Avstriyaya səfər zamanı görüşdə iştirak edənlər və o cümlədən Avstriyanın prezidenti Ulu Öndərin çıxışını heyranlıqla dinləyiblər: “Ulu Öndər söhbəti zamanı Avstriya bəstəkarı İohan Ştrausla bağlı geniş məlumat verdi. Onun haqqında çəkilmiş filmdən, filmdə cərəyan edən hadisələrdən danışdı. Hamı təəccübləndi və Avstriya prezidenti belə bir filmi izləmədiyini dedi.

Yaxud Özbəkistana səfəri zamanı bu ölkə ilə bağlı söylədiklərinə mat qalmışdılar. Özbəkistanın Prezidenti İslam Kərimov çıxışı zamanı dedi ki, Azərbaycan xalqı xoşbəxtdir, çünki onun Heydər Əliyev kimi dahi lideri var. Bu cür misalları çox çəkmək olar”.

Dilarə xanımın xatirələri iştirakçılar tərəfindən maraqla qarşılanıb, tədbir xoş ovqatla başa çatıb.

05.05.2025 Ətraflı

“Cərrahi Xəstəliklərin Diaqnostika Və Müalicəsində Yeni Üsullar" Beynəlxalq Konfransı

“Cərrahi Xəstəliklərin Diaqnostika Və Müalicəsində Yeni Üsullar" Beynəlxalq Konfransında Azərbaycan və MDB və Türkiyə Respublikasından dəvət edilmiş aparıcı mütəxəssislər iştirak etmişdir. Konfransda kolorektal, hepatobiliar, endokrin, ginekoloji, onkoloji və digər cərrahi xəstəliklərin diaqnostikası və müalicəsinin aktual məsələləri geniş müzakirə edilib, 50-dan çox məruzə dinlənilibdir. 

16.03.2023 Ətraflı

Azərbaycan Tibb Universitetində Tibb Festivalının təntənəli açılış mərasimi keçirilib

Rektor, professor Gəray Gəraybəyli: 95 il öncə ATU-nun yaradılması ölkəmizdə səhiyyə və tibb təhsilinin inkişafında önəmli bir dönüş nöqtəsi idi

Mayın 6-da Azərbaycan Tibb Universitetinin 95 illik yubileyi və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Tibb Festivalının açılış mərasimi keçirilib. Türkiyə, Özbəkistan və Belarusdan gəlmiş alimlərin, tibb ictimaiyyəti nümayəndələrinin də qatıldığı festival aktual elmi mövzuların müzakirəsinə həsr edilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünün və ölkəmizin suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhid həkimlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər. Sonra qonaqlar Tibb Festivalının sərgi və startap guşəsinə baxıblar.

Mərasimdə açılış nitqi ilə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli 95 il öncə ali məktəbin yaradılmasını ölkəmizdə səhiyyənin və tibb təhsilinin inkişafı tarixində önəmli bir dönüş nöqtəsi kimi qiymətləndirib. Rektor Ulu Öndər Heydər Əliyevin elmə, təhsilə, xüsusilə də tibb sahəsinin inkişafına böyük diqqət və qayğı ilə yanaşdığını, Azərbaycan Tibb Universitetinin inkişafını strateji əhəmiyyətli bir məsələ kimi dəyərləndirdiyini bildirib: “Ümummilli Lider həm dövlət müstəqilliyinin bərpasından əvvəlki, həm də müstəqillik dövründə dəfələrlə Azərbaycan Tibb Universitetində olub. Dahi Heydər Əliyev ideyalarının sədaqətli davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva üç dəfə universitetimizin tələbə-gəncləri, professor-müəllim heyəti ilə görüşüb, eləcə də ATU-nun nəzdində xalqımıza ərməğan etdikləri klinikaların təməlqoyma və açılış mərasimlərində iştirak ediblər”.

Professor G.Gəraybəyli müasir dövrdə ATU-nun fəaliyyəti və əldə olunan nailiyyətlərdən danışıb: “Hazırda 1500-dən çox əməkdaşı olan ATU kollektivində akademiklər, Milli Elmlər Akademiyasının müxbir üzvləri, əməkdar elm xadimləri fəaliyyət göstərir. Universitetdə təqribən 7500 tələbə təhsil alır ki, onların 3000-ə yaxını 45 ölkədən olan əcnəbi tələbələrdir. Xarici tələbələrin sayına görə Azərbaycan Tibb Universiteti ölkədəki ali məktəblər arasında öndə gedir. Bu göstərici həm də Azərbaycan Tibb Universitetinin dünya akademik ailəsində artan nüfuzunun və beynəlxalq əlaqələrinin göstəricisidir. Eyni zamanda, bu gün ATU-nun məzunları dünyanın dörd bir yanında peşəkar həkimlər və alimlər olaraq fəaliyyət göstərir, ölkəmizi layiqincə təmsil edirlər”.

Rektor qeyd edib ki, hazırda Azərbaycan Tibb Universiteti “EduRank” və “H-index Azerbaijan” kimi nüfuzlu beynəlxalq platformalarda yüksək mövqe tutmağa çalışır. Həm yerli, həm də xarici ali məktəblərlə əlaqələri gücləndirən ATU 25-dən çox ölkə və 110-dan artıq universitet və elmi təşkilatla əməkdaşlıq edir. Müxtəlif beynəlxalq proqramlar vasitəsilə tələbə və müəllimlərin mübadiləsi uğurla həyata keçirilir. Son illər aparılan islahatlar tədrisin keyfiyyətinin artırılması və rəqəmsallaşmasına, beynəlxalq əməkdaşlığın genişlənməsinə, tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçməsinə xidmət edib. ATU “Tədqiqat universiteti” statusunun əldə olunması, infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi, startap təşəbbüslərinin genişləndirilməsi istiqamətində işləri də intensivləşdirib.

Professor Gəray Gəraybəyli qeyd olunan uğurların arxasında bütün kollektivin, o cümlədən müəllimlərin, tədqiqatçıların və tələbələrin fədakar əməyinin dayandığını bildirib: “Biz ATU ailəsi olaraq, gələcəkdə də səhiyyə sistemimizə dəyərli mütəxəssislər qazandırmaq, beynəlxalq akademik mühitdə mövqeyimizi gücləndirmək və elmin inkişafına töhfələr vermək yolunda qərarlıyıq. Sizinlə birgə bu şərəfli yolu getmək bizim üçün böyük fəxr və məsuliyyətdir”.

Çıxışının sonunda rektor G.Gəraybəyli yubiley münasibətilə hər kəsi təbrik edib, festival iştirakçılarına məhsuldar müzakirələr, elmi nailiyyətlər arzulayıb. 

Sonra ATU-nun tarixi inkişaf yolundan və bu günündən bəhs edən “95 ilin işığında” film nümayiş olunub.

Tibb Festivalının açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev, Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, Türkiyənin Sağlamlıq Elmləri Universitetinin rektoru, professor Kəmaləddin Aydın, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru, professor Nazim Qasımov, Səmərqənd Dövlət Tibb Universitetinin rektoru, professor Cəsur Rzayev, Belarus Dövlət Tibb Universitetinin rektoru Sergey Rubnikoviç və Buxara Dövlət Tibb Universitetinin rektoru, professor Şöhrət Taşayev də təbrik nitqi ilə çıxış edərək konqresin işinə uğurlar arzulayıblar.

Tədbir zamanı ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə Səmərqənd Dövlət Tibb Universitetinin fəxri professoru diplomu və digər xatirə hədiyyələri təqdim edilib.

05.05.2025 Ətraflı

Alt kateqoriyalar

Qulaqcıqların fibrilyasiyasının əmələ gəlməsində sol qulaqcığın struktur remodelləşməsi və fibrozun rolu Ətraflı
Uşaq xəstəlikləri Ətraflı
Azərbaycan Tibb Universitetində Tibb Festivalının təntənəli açılış mərasimi keçirilib Ətraflı
Sinkoplu xəstələrə kardioloji yanaşma və müalicə prinsipləri Ətraflı

Ən çox oxunan məqalələr

Tezis Toplusu

Azərbaycan Tibb Universitetində Tibb Festivalının təntənəli açılış mərasimi keçirilib

Tezislər Toplusu calendar icon05.05.2025
Hərbi tibb

Qələbənin 2-ci ildönümünə həsr olunmuş Respublika Konfransı

Tezislər Toplusu calendar icon25.10.2021
Tezis Toplusu

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Tibbin Aktual Problemlərinə dair Beynəlxalq Elmi-praktiki Konqresin" materialları

Tezislər Toplusu calendar icon14.10.2023

Videolar

II Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresi

Animation Gallery Dərc edilib: calendar icon30.10.2023

Azərbaycan Tibb Universitetində Tibb Festivalının təntənəli açılış mərasimi keçirilib

Animation Gallery Dərc edilib: calendar icon08.05.2025

Nobel mükafatçısı Əziz Sancar Azərbaycan Tibb Universitetində mühazirə oxuyub

Animation Gallery Dərc edilib: calendar icon01.07.2024

ATU 2023-cü il məzunlarının Həkim Andı

Animation Gallery Dərc edilib: calendar icon24.10.2023

Kolleksiyalar

Tibbi biokimya Açıq

Sinkoplu xəstələrə kardioloji yanaşma və müalicə prinsipləri

Supraventrikulyar taxiaritmiyalar
Uşaq xəstəlikləri Açıq

Dapaqliflozinin xroniki ürək çatışmazlığında tətbiqi

Uşaq xəstəlikləri
Daxili Xəstəliklər Açıq

Preklinik aterosklerozun qiymətləndirilməsi

Uşaq xəstəlikləri
Uşaq xəstəlikləri Açıq

Hamiləlik dövründə aortal xəstəliklər

Uşaq xəstəlikləri

Haqqımızda

doctor

Jurnalımızı tanıyın
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNİN JURNALI
Baş Redaktor

Professor Gəray Gəraybəyli

Baş redaktor

REDAKTORDAN

Hörmətli həmkarlar!

Sizi «Azərbaycan Tibb Universiteti Jurnalı» redaksiya heyəti adından salamlayıram. Bildirirəm ki, «Azərbaycan Tibb Universiteti Jurnalı» artıq yeni formatda fəaliyyətə başlamışdır. Jurnalın elektron jurnal şəklində nəşri daha geniş oxucu kütləsini əhatə edəcəkdir. Jurnalda səhiyyənin bütün sahələrinə, o cümlədən tibb, ictimai səhiyyə, əczaçılq və stomatologiya sahələrinə uyğun aparılan elmi-tədqiqat işlərinə dair məqalələr öz əksini tapacaqdır. Ümidvaram ki,  «Azərbaycan Tibb Universiteti Jurnalı» tezliklə tibb ictimaiyyətinin marağına səbəb olacaq və tibb sahəsində çalışan tədqiqatçılar üçün faydalı olacaqdır.  

Baş redaktor

professor GƏRAY GƏRAYBƏYLİ

 

Son xəbərlər

Mustafa bəy Topçubaşovun 130 illiyinə həsr olunmuş elmi-praktik konfransın tezislərin qəbuluna start verilir

  2025-ci il 30-31 oktyabr tarixində  Azərbaycan Tibb Univer... calendar icon07.08.2025

ATU-nun Psixiatriya kafedrasının yaranmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Bu gün Azərbaycan Tibb Universitetində Psixiatriya kafedrasının yaranma... calendar icon22.05.2025

ATU-da Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunur

Rektor, professor Gəray Gəraybəyli: Gənclərimiz bugünkü Azərbayc... calendar icon08.05.2025

ATU heyəti üçün EBSCO resursları haqqında vebinar keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) əməkdaşlar üçün EBSC... calendar icon28.02.2025

ATU Elmi Tədqiqat Mərkəzi

Təbabətin nəzəri hissəsi ilə kliniki hissəsi arasında daha da sıx əlaq... calendar icon14.05.2024

Digər maraqlı mövzular

Boyuk meqale Boyuk meqale

The implications of muscle mass in different clinical scenarios have modified the way we think about...
calendar icon25.08.2023

Koronar arteriyaların dominantlığı, anomaliyaları və müxtəlifliyi: Azərbaycandan təkmərkəzli araşdırma

Introduction: Coronary artery disease is the most common cause of morbidity and mortality in the wor...
calendar icon14.10.2023

Qulaqcıqların fibrilyasiyasının idarə olunmasına dair Avropa Kardiologiya Cəmiyyəti tövsiyələrinin təkmilləşdirilmiş 2012-ci il varianti

Qulaqcıqların fibrillyasiyası (QF) – klinik praktikada ən çox yayılmış ür�...
calendar icon14.10.2023

COVID-19-dan sağalmış şəxslərdə miokardial və endoteliumun zədələnməsinin Preklinik markerlərinin proqnostik rolu.

Giriş. Pandemiya dövründə SARS-CoV-2 virusunun damar endotelini və miokardı zəd�...
calendar icon30.04.2025