Mustafa bəy Topçubaşovun 130 illiyinə həsr olunmuş elmi-praktik konfransın tezislərin qəbuluna start verilir

07.08.2025


 

2025-ci il 30-31 oktyabr tarixində  Azərbaycan Tibb Universitetində  görkəmli alim və tanınmış ictimai xadim, Əməkdar elm xadimi, akademik Mustafa  Ağabəy oğlu Topçubaşovun 130 illiyinə həsr olunmuş  “Akademik irs 130: Cərrahiyyədə elmi və peşəkar yanaşmalar” adlı  elmi-praktik konfrans keçiriləcəkdir.

Konfransın 1-ci günündə Rəsmi açılış mərasimi və professor-müəllim heyətinin elmi konfransı, 2-ci günündə Cərrahi profilli rezidentlərin ümumrespublika forumu və TEC-nin konfransları  keçiriləcəkdir.  

Konfransın materialları toplu şəklində dərc ediləcəkdir.

Təqdim ediləcək tezislər aşağıdakı tələblərə uyğun olmalıdır:

  • Tezislər  müasir cərrahiyyənin və cərrahi patologiyalarla əlaqəli tibb sahələrinin ən aktual problemlərinə həsr olunmalı,   orijinal xarakter daşımalı və təkrar olmamalıdır
  • Tezislər  Azərbaycan və ya ingilis  dillərində yazılmalıdır
  • Tezisin həcmi 3000-3100 işarə sayı (probelsiz) təşkil etməli, A4 formatında “Arial” şrifti ilə yığılmalı, şriftin ölçüsü 12, sətirlər arası interval 1, sahələr soldan – 2 sm, sağdan – 1 sm, yuxarıdan – 1,5 sm, aşağıdan – 2 sm  olmaq şərtilə təqdim edilməlidir
  • Tezis ardıcıl olaraq: hər biri abzasdan (1 sm) başlamaq şərti ilə giriş, tədqiqatın məqsədi, material və metodlar, nəticələr, müzakirə/yekun və açar sözləri hissələrindən ibarət olmalıdır
  • Tezisin əvvəlində  baş hərflərlə tezisin adı verilir. Sonrakı sətirdə (1 interval aşağı) tezisin müəllifləri (soyadı, adı və atasının adı- tam şəkildə, qısaldılmamış), daha sonrakı sətirdə  (1 interval aşağı) müəlliflərin çalışdığı kafedranın adı (digər müəssisələrdən olanlar üçün- müəssisənin  adı, daha sonra kafedra və ya şöbəsi)  qeyd edilməlidir
  • Hər bir tezisdə müəlliflərin sayı 4-dən çox olmamalı və bir müəllif 2-dən çox tezis müəllifi  olmamalıdır
  • Tezislərin elektron variantı 30 sentyabr 2025-ci il  tarixinə kimi  [email protected] E- mail ünvanına göndərilməlidir
  • Tezislərin çap variantı eyni zamanda birinci səhifədə kafedra müdiri və ya elmi rəhbərin dərkənarı olmaq şərtilə 30 sentyabr 2025-ci il  tarixinə kimi ATU-nun Elmi Tədqiqatların İdarəolunması Departamentinə təqdim edilməlidir
  • Yuxarıda qeyd edilən tələblərin hər hansı birini ödəməyən tezislər çapa qəbul edilməyəcəkdir.

Əlaqələndirici şəxs: Püsən Məmmədova  (050 529 45 55), ATU, Elmi Tədqiqatların İdarəolunması Departamenti