Abstrakt

Əziz həmkarlar, Bu il Azərbaycan Tibb Universiteti 95 illik yubileyini böyük qürur və iftixarla qeyd edir. Ölkəmizdə ali tibbi təhsilin inkişafında qabaqcıl rol oynayan universitetimiz, təxminən ötən bir əsrə minlərlə yüksək ixtisaslı mütəxəssisin formalaşmasına, tibb elminin davamlı inkişafına və səhiyyə sistemimizin güclənməsinə mühüm töhfələr vermişdir. Bu əlamətdar yubiley ilində təşkil olunan Tibb Festivalı, həm də müstəqil Azərbaycanın banisi və Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuşdur. Ulu Öndər Heydər Əliyev hər zaman elmə, təhsilə, xüsusilə də tibb sahəsinin inkişafına böyük diqqət və qayğı ilə yanaşmış, Azərbaycan Tibb Universitetinin inkişafını strateji əhəmiyyətli bir məsələ kimi dəyərləndirmişdir. Məhz onun təşəbbüsü və dəstəyi ilə universitetimiz bu gün regionun aparıcı tibb təhsil və elmi mərkəzlərindən birinə çevrilmişdir. Müxtəlif ölkələrdən qatılan alimlərin, ekspertlərin və tibb ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən bu festival, aktual elmi mövzuların müzakirəsi, təcrübə və bilik mübadiləsi üçün mühüm bir platformadır. İnanıram ki, burada təqdim olunacaq məruzələr, debatlar və interaktiv tədbirlər həm gənc tədqiqatçılar, həm də təcrübəli alimlər üçün yeni elmi baxışların formalaşmasına şərait yaradacaq, elmin və tibbin inkişafına dəyərli töhfələr verəcəkdir. Azərbaycan Tibb Universitetinin kollektivi adından Tibb Festivalının bütün iştirakçılarını səmimi qəlbdən salamlayır, hər birinizə məhsuldar müzakirələr və elmi nailiyyətlər arzulayıram. GƏRAY GƏRAYBƏYLİ Azərbaycan Tibb Universitetinin rektoru, professor

Əsas mətn

Bu il Azərbaycan Tibb Universiteti 95 illik yubileyini böyük qürur və iftixarla qeyd edir. Ölkəmizdə ali tibbi təhsilin inkişafında qabaqcıl rol oynayan universitetimiz, təxminən ötən bir əsrə minlərlə yüksək ixtisaslı mütəxəssisin formalaşmasına, tibb elminin davamlı inkişafına və səhiyyə sistemimizin güclənməsinə mühüm töhfələr vermişdir.

Bu əlamətdar yubiley ilində təşkil olunan Tibb Festivalı, həm də müstəqil Azərbaycanın banisi və Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuşdur. Ulu Öndər Heydər Əliyev hər zaman elmə, təhsilə, xüsusilə də tibb sahəsinin inkişafına böyük diqqət və qayğı ilə yanaşmış, Azərbaycan Tibb Universitetinin inkişafını strateji əhəmiyyətli bir məsələ kimi dəyərləndirmişdir. Məhz onun təşəbbüsü və dəstəyi ilə universitetimiz bu gün regionun aparıcı tibb təhsil və elmi mərkəzlərindən birinə çevrilmişdir.

Müxtəlif ölkələrdən qatılan alimlərin, ekspertlərin və tibb ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən bu festival, aktual elmi mövzuların müzakirəsi, təcrübə və bilik mübadiləsi üçün mühüm bir platformadır. İnanıram ki, burada təqdim olunacaq məruzələr, debatlar və interaktiv tədbirlər həm gənc tədqiqatçılar, həm də təcrübəli alimlər üçün yeni elmi baxışların formalaşmasına şərait yaradacaq, elmin və tibbin inkişafına dəyərli töhfələr verəcəkdir.

Azərbaycan Tibb Universitetinin kollektivi adından Tibb Festivalının bütün iştirakçılarını səmimi qəlbdən salamlayır, hər birinizə məhsuldar müzakirələr və elmi nailiyyətlər arzulayıram.

Şəkillər

Açar sözlər

İstinadlar

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 05.May.2025

Müəllif hüququ

© 2022-2025. Azərbaycan Tibb Universitetinin nəşri. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

“Cərrahi Xəstəliklərin Diaqnostika Və Müalicəsində Yeni Üsullar" Beynəlxalq Konfrans Tezis Toplusu

Baxılıb: 248