Abstract
Dear colleagues, This year Azerbaijan Medical University proudly celebrates its 95th anniversary. As a pioneering institution in the field of higher medical education in our country, over nearly a century, the university has made significant contributions to the formation and development of thousands of highly qualified specialists, the continuous advancement of medical science, and the strengthening of our healthcare system. The Medical Festival organized in this remarkable jubilee year is also dedicated to the 102nd anniversary of the birth of the National Leader and founder of independent Azerbaijan, Heydar Aliyev. Heydar Aliyev consistently demonstrated deep commitment to science, education, and especially to the advancement of the medical field. He regarded the growth of Azerbaijan Medical University as a matter of strategic importance. Thanks to his vision and support, our university has become one of the leading centers for medical education and research in the region in today’s world. With the participation of scientists, experts, and representatives of the medical community from various countries, this festival serves as an important platform for the discussion of current scientific issues and the exchange of knowledge and expertise. I believe that the presentations, debates, and interactive sessions will encourage both young researchers and experienced scientists to generate new ideas, meaningfully contributing to the future of science and medicine. On behalf of the entire Azerbaijan Medical University community, I extend my heartfelt greetings to all participants of the Medical Festival and wish each of you productive exchanges and remarkable scientific outcomes. GERAY GERAYBEYLI Rector of Azerbaijan Medical University, professor
Cover Letter
Bu il Azərbaycan Tibb Universiteti 95 illik yubileyini böyük qürur və iftixarla qeyd edir. Ölkəmizdə ali tibbi təhsilin inkişafında qabaqcıl rol oynayan universitetimiz, təxminən ötən bir əsrə minlərlə yüksək ixtisaslı mütəxəssisin formalaşmasına, tibb elminin davamlı inkişafına və səhiyyə sistemimizin güclənməsinə mühüm töhfələr vermişdir.
Bu əlamətdar yubiley ilində təşkil olunan Tibb Festivalı, həm də müstəqil Azərbaycanın banisi və Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuşdur. Ulu Öndər Heydər Əliyev hər zaman elmə, təhsilə, xüsusilə də tibb sahəsinin inkişafına böyük diqqət və qayğı ilə yanaşmış, Azərbaycan Tibb Universitetinin inkişafını strateji əhəmiyyətli bir məsələ kimi dəyərləndirmişdir. Məhz onun təşəbbüsü və dəstəyi ilə universitetimiz bu gün regionun aparıcı tibb təhsil və elmi mərkəzlərindən birinə çevrilmişdir.
Müxtəlif ölkələrdən qatılan alimlərin, ekspertlərin və tibb ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən bu festival, aktual elmi mövzuların müzakirəsi, təcrübə və bilik mübadiləsi üçün mühüm bir platformadır. İnanıram ki, burada təqdim olunacaq məruzələr, debatlar və interaktiv tədbirlər həm gənc tədqiqatçılar, həm də təcrübəli alimlər üçün yeni elmi baxışların formalaşmasına şərait yaradacaq, elmin və tibbin inkişafına dəyərli töhfələr verəcəkdir.
Azərbaycan Tibb Universitetinin kollektivi adından Tibb Festivalının bütün iştirakçılarını səmimi qəlbdən salamlayır, hər birinizə məhsuldar müzakirələr və elmi nailiyyətlər arzulayıram.
Figures
Keywords
References
Article Info:
Publication history
Published: 05.May.2025
Copyright
© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.Related Articles
Viewed: 252