Абстракт

При одинаковой эффективности лечения краткосрочная четырехкомпонентная (безинъекционная) схема лечения больных туберкулезом легких, устойчивым к изониазиду, обходится в 3–4 раза дешевле стандартной пятикомпонентной (инъекционной) схемы лечения. При оценке эффективности режимов химиотерапии, в конце фазы интенсивного лечения (через 3 месяца) абасилизация наступила у 38/40 (95,0%) больных I группы и у 35/36 (97,2%) больных II группы. Закрытие полостей распада в результате проведенного курса лечения отмечено у 34/40 (85,0%) пациентов в I группе и у 31/36 (86,1%) пациентов во II группе, p>0,05. Статистически значимых различий между результатами лечения больных ТБ-Нr по двум различным схемам не выявлено: эффективные результаты зафиксированы у 35/40 (87,5%) пациентов в I группе и у 32/36 (88,9%) пациентов во II группе, p>0,05. Таким образом, одинаковая эффективность схем лечения в обеих группах обосновывает целесообразность замены пятикомпонентной схемы лечения на четырехкомпонентную безинъекционную схему лечения как с точки зрения медицинской, так и экономической эффективности.

Сопроводительное письмо

Ümumdunya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən 2023-cü ildə dünyada təxminən 10,8 milyon insan, o cümlədən 6,0 milyon kişi, 3,6 milyon qadın və 1,3 milyon uşaq vərəmlə xəstələnmiş,1,25 milyon insan (o cümlədən 161 000 İİV-li xəstə) vərəmdən dünyasını dəyişmişdir[1,3] . Belə ki, dünyada yoluxucu xəstəliklərdən ölüm səbəbləri arasında birinciliyin  üç il ərzində koronavirus xəstəliyi (COVID-19) ilə əvəz olunmasından sonra, yenə də vərəm xəstəliyi  öz “liderliyini” bərpa etmişdir[3,4]. O, həmçinin İİV-ə yoluxmuş insanlar arasında və dərmanlara davamlı törədicilər səbəbindən  ölümlərin əsas səbəbidir [1,2]. Vərəmin multirezistent formaları  ictimai səhiyyə  və sağlamlığın qorunması baxımından ciddi təhlükə olaraq qalır. 2023-cü ildə dünyada dərmana davamlı vərəm xəstələrinin hər 5 nəfərindən yalnız 2-nin müalicə qəbul etməsi mümkün olub [3,4].

2030-cu ilə qədər vərəm epidemiyasına son qoymaq Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədlərinin  sağlamlıq hədəflərindən biridir. 2023-cü ildə BMT-nin Vərəm üzrə Yüksək Səviyyəli Görüşündə 2027-ci ilədək razılaşdırılmış qlobal hədəfə nail olmaq üçün vərəmin profilaktikası, diaqnostikası, müalicəsi və xəstələrə xidmət üçün hər il 22 milyard ABŞ dolları lazımdır. Göründüyü kimi hələ də vərəm dünyada qlobal sosial-iqtisadi və tibbi problem olaraq qalmaqdadır [3,4].

Vərəmin müalicəsinin uğursuzluğunun əsas səbəblərindən biri də xəstəliyi törədən M. tuberculosis-in dərmanlara rezistent formalarının olmasıdır. Vərəm əleyhinə dərmanlara qarşı rezistentliyin çox rast gəlinən formalarından biri də əsas vərəm əleyhinə dərmanlardan biri olan izoniazidə rezistentliyin olmasıdır. Bu forma rifampisinə qarşı qorunan həssaslıqla, ÜST tərəfindən ayrıca qrupa ayrılaraq izoniazidə davamlı vərəm (Hr-TB) kimi qeyd edilir. ÜST-ın məlumatına görə, Hr-TB dünyada yayılmasına görə vərəm xəstələrinin 5-11%-ni təşkil edir. Ədəbiyyatlarda Hr-TB haqqında, onun müxtəlif kimyəvi terapiya rejimləri və davam etmə müddəti, müqayisəsi haqqında  kifayət qədər məlumat yoxdur.

Tədqiqatın məqsədi
İzoniazidə davamlı ağciyər vərəmi olan xəstələrin müxtəlif kimyəvi terapiya sxemlərinin effektivliyinin qiymətləndirilməsidir.

Materiallar və metodlar
Qarşıya qoyulan vəzifəni icra etmək üçün 76 nəfər izoniazidə davamlıağciyər vərəmi olan xəstə üzərində tədqiqat aparılıb. Onlardan 36 nəfər (I qrup) inyeksiya formasında preparat olmadan rifampisin, pirazinamid, etambutol və moksifloksasin (dörd komponentli inyeksiyasız sxem), qalan 40 xəstə (II qrup) isə standart kimyaterapiya rejimi ilə rifampisin, pirazinamid, etambutol, moksifloksasin və amikasin qəbul etmişdir. Bütün xəstələr bakteriya ifraz edənlər olmuşdur. Xəstələrdə müalicənin effektivliyi 5,5-6,5 aylıq kimyəvi terapiya (180±20 doza) əsasında qiymətləndirilmişdir. II qrupda olan xəstələr 3 ay amikasin qəbul etmiş, qalan müddətdə per os dörd preparatla (rifampisin, pirazinamid, etambutol və moksifloksasin) müalicəni davam etdirmişdir. Müalicənin effektivlik meyarları mikobakteriya ifrazının kəsilməsinin tezliyi və vaxtı, radioloji müayinələrlə ağciyərlərdəki destruktiv dəyişikliklərin involyusiyası olmuşdur. Nəticələrin statistik təhlili Statistica 6.0 proqram paketindən istifadə etməklə aparılmışdır. Qruplar arasındakı fərqlər Pirsonun  χ2  kriteriyasından istifadə etməklə müəyyən edilmişdir. Göstəricilər arasında fərq p<0.05 olduqda statistik dürüst hesab olunmuşdur.

Tədqiqat nəticələri 
Hər iki qrupda  kişilər üstünlük təşkil etmişdir:  I qrupda – 34/40(85%) xəstələr,  II qrupda – 27/36 (75%) xəstə, (p>0,05). Xəstələrin yaş tərkibinin təhlili zamanı hər iki qrupda 30-39 yaşda olan xəstələr üstünlük təşkil etmişdir:  I qrupda – 11/40 (27,5%) xəstə,  II qrupda –10/36 (27,8%), (p>0,05). Bundan bir qədər az isə 40-49 yaş qrupunda xəstələr olmuşdur:  I qrupda – 10/40 (25,0%) xəstə,  II  qrupda – 8/36 (22,2%), (p>0,05).

Hər iki qrupda infiltrativ ağciyər vərəmi üstünlük təşkil etmişdir: I qrupda - 29/40 (72,5%) xəstə, II qrupda – 26/36 (72,2%), (p>0,05);  səpələnmiş ağciyər vərəmi müvafiq olaraq 8/40 (20,0%) və7/36 (19,4%), (p>0,05); fibroz-kavernoz ağciyər vərəmiisə müvafiq olaraq 3/40 (7,5%) və 3/36 (8,3%) xəstədə (p>0,05) aşkar edilmişdir. Rentgenoloji müayinə zamanı ağciyər toxumasında destruktiv dəyişikliklər I qrupda 30/40 (75,0%)  və  II qrupda isə 26/36 (72,2%) xəstədə (p>0,05) müəyyən edilmişdir. Diametri 2 sm-ə qədər olan dağılma boşluqları I qrupda 17/30 (56,7%) xəstədə, II qrupda isə 15/26 (57,7%), p>0,05; diametri  2-4 sm olan dağılma boşluqları – müvafiq olaraq 8/30 (26,7%) və 6/26-da (23,1%), p>0,05; 4 sm-dən böyük diametrli dağılma boşluqları isə müvafiq olaraq 5/30 (16,6%) və 5/26 (19,2%) xəstədə müəyyən edilmişdir.

Hər iki qrupda həm  ilk dəfə aşkar olunan xəstələr müəyyən edilmiş: I qrupda – 25/40 (62,5%), II qrupda – 23/36 (63,9%),  həm də əvvəllər 1 aydan çox müalicə qəbul etmiş xəstələr: I qrupda 15/40 (37,5%),  II qrupda – 13/36 (36,1%), (p>0,05) olmuşdur. Beləliklə, hər iki qrupdakı xəstələr arasında cins, yaş və klinik göstəricilər baxımından əhəmiyyətli statistik  fərqlər yox idi ki, bu da müxtəlif kimyaterapiya rejimlərinin səmərəliliyini obyektiv qiymətləndirməyə imkan verdi.
Kimyaterapiyanın effektivliyini qiymətləndirmək üçün, kultural üsulla basil ifrazetmənin kəsilməsinin tezliyi və vaxtının təhlili aparılmışdır (Cədvəl 1). 

Cədvəldən göründüyü kimi hər iki qrupda  bakteriya ifrazının kəsilməsinin  tez liyivə müddəti arasında statistik əhəmiyyətli fərq yoxdur. İntensiv müalicə mərhələsinin sonunda (3 aydan sonra) I qrupda 38/40 (95,0%) xəstədə, II  qrupda isə 35/36 (97,2%) xəstədə abasilləşmə olmuşdur. Buradan aydın olur ki, müalicə sxeminə intensiv  müalicə mərhələsində inyeksion preparatın (amikasin) əlavə edilməsi mikobakteriya ifrazının kəsilməsinin tezliyinəəhəmiyyətli  təsir etmir.

Müalicənin sonunda destruktiv boşluqların bağlanmasına əsasən  kimyaterapiya rejimlərinin effektivliyinin qiymətləndirilməsi zamanı I qrupda  34/40 (85,0%), II qrupda isə 31/36 (86,1%), p> 0,05 xəstədə dağılma boşluqlarının bağlanması müəyyən edilmişdir (Cədvəl 2).

İki fərqli rejimlə Hr-TB xəstələrin müalicəsinin nəticələri arasında statistik cəhətdən əhəmiyyətli fərqlər olmamışdır: effektiv nəticə I qrupda  35/40 (87,5%), II qrupda isə   32/36 (88,9%), p>0,05 xəstədə qeydə alınıb (Şəkil 1).

Bu xəstələrin müalicə bitdikdən sonrakı iki illik dispanser müşahidəsi zamanı müəyyən edilmişdir ki, I qrupda effektiv müalicə olunan xəstələrdə 2/35 (5,7%) xəstədə  residiv olmuş, 1 xəstə müxtəlif səbəblərdən dünyasını dəyişmişdir. II qrupda effektiv müalicə olunan xəstələrdən 2/32-da (6,3%) residiv qeydə alınmış, 2 xəstə müxtəlif səbəblərdən dünyasını dəyişmişdir (p>0,05).

Hər iki qrupda aparılan müalicə rejimlərinin effektivliyinin yaxın olması həm tibbi, həm də iqtisadi səmərəlilik  baxımından beş komponentli müalicə rejiminin  dörd komponentli, inyeksiyasız müalicə rejimi ilə əvəz olunmasının məqsədəuyğun olduğunu əsaslandırır. Dörd komponentli, inyeksiyasız müalicə rejiminin standart, inyeksiya daxil edilməklə beş preparatla aparılan müalicəyə nisbətən daha ucuz başa gəlməsi (3-4 dəfə), həmçinin xəstələr tərəfindən əzələ daxili inyeksiyaların uzun müddətli istifadəsinin xoş qarşılanmaması və bu səbəbdən müalicəyə sadiqliyinin pozulmasına səbəb olması da nəzərdən qaçmamalıdır.  

Yekun
Beləliklə, hər iki qrupda aparılan müalicə rejimlərinin effektivliyinin yaxın olması həm tibbi, həm də iqtisadi səmərəlilik baxımından beş komponentli müalicə rejiminin dörd komponentli, inyeksiyasız müalicə rejimi ilə əvəz olunmasının məqsədəuyğun olduğunu əsaslandırır.  

 

Фигуры

Ключевые слова

Ссылки

1. Bayramov R.I., Ismailzada J.M., Hamzayeva R.I., Irzayeva A.E., Naghieva U.B. Drug resistance in patients with unsuccessful treatment pulmonary tuberculosis - 27 National Congress on Respiratory Diseases. St. Petersburg; 2017. P. 145. 
2. Jenkins, H. E. The burden of multidrug-resistant tuberculosis in children /H. E. Jenkins, С. M. Yuen // Int. J. Tuberc. Lung Dis. - 2018. - Vol. 22 № 5. - P. 3-6. DOI: l0.5588/ijtld.l7.0357.
3. https://www.who.int/news-room/fact-sheets/detail/tuberculosis
4. https://www.who.int/ru/news/item/29-10-2024-tuberculosis-resurges-as-top-infectious-disease-killer

О статье:

История публикации

Опубликовано: 30.Apr.2025

Авторское право

© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Связанные статьи

Анализ противоракового действия таксифолина сфармакологического аспекта

Просмотрено: 211