Abstrakt

Məqsəd süni mutagen maddələrin (metilnitrozoquanidin - MNNQ) təsiri altında, “sumax meyvəsindən alınmış ekstrakt”ın modifikator qabiliyyətini müəyyənləşdirmək və ən effektiv dozasını üzə çıxarmaqdır. Təcrübələr bir-birindən fərqli hüceyrələr üzərində aparılmışdı: ağ cins olmayan (28 həftəlik) siçovulların bud sümüyü iliyinin hüceyrələri və sağlam donordan alınmış insanın periferik qan limfositləri. Metilnitrozoquanidinin - MNNQ təsiri altında, “sumax meyvəsindən alınmış ekstrakt”ın modifikator qabiliyyətinin ən effektiv dozası uyğun olaraq 0,3mq/100q və 0,01 mkq/ml dozası olmuşdu.

Əsas mətn

Giriş
Artıq bir əsrə yaxın müddətdir ki, mütagen və kanserogen maddələrin zərərli təsirinə qarşı müqavimət göstərmək qabiliyəti olan maddələrin axtarışı davam edir. Bu istiqamətdə həm bitki mənşəli təbii maddələrin, həm də süni maddələrin axtarışına xüsusi diqqət yetirilir. Baxılan problemi aradan qaldırmaq üçün qaunvericilik tədbirləri ilə yanaşı, əsas istiqamətlərdən biridə ətraf mühit amillərinin mutagen və kanserogen təzyiqini aradan qaldırmaq qabiliyyəti olan mutasiya proseslərinin korrektorlarının axtarışıdı.

Bu tədqiqatda qarşıya qoyduğumuz məqsəd süni mutagen maddələrin təsiri altında, “sumax meyvəsindən alınmış ekstrakt”ın modifikator qabiliyyətini müəyyənləşdirmək və ən effektiv dozasını üzə çıxarmaqdır. Bunun üçün ekstraktın geniş diapazon sulu dozaları 0,001; 0,01; 0,1; 1,0; 10; 100 götürülmüşdü.

Sumax bitkisinin seçilməsi respublikamızda bu bitki kulturasının  geniş yayılması ilə şərtlənir və hər şeydən əvvəl isə müxtəlif amillərin zədələyici təsirinə qarşı irsiyyət davamlılığını təmin etməyə, həmçinin DNT strukturunda yaranmış ilkin zədələnmələri aradan qaldırmağa  potensial qabil olan, çoxlu metabolitləri öz tərkibində saxlaması ilə əlaqədardı.

Material və metodlar 
1. Tədqiqat obyektləri. Təcrübələr bir-birindən fərqli hüceyrələr üzərində aparılmışdı: ağ cins olmayan (28 həftəlik) siçovulların bud sümüyü iliyinin hüceyrələri (cədvəl 1) və sağlam donordan alınmış yüksək inkişaf səviyyəsində olan insanın periferik qan limfositləri (cədvəl 2).
2. Mutagen maddə. Genomun mühafizəsinin effektivlik qiymətini müəyyən etmək üçün götürdüyümüz mutagen maddə MNNQ (metilnitrozoquanidin) təbiətinə, tipinə, irsi substratlarla qarşılıqlı təsir mexanizminə, həmçinin DNT molekulunda yaratdıqları ilkin zədələnmələrə görə digər mutagen maddələrdən fərqlənir. 

Düzünə tipli təsirə malik mutagen maddə olan “Metilnitrozoquanidin” mono- və polifunksional alkilləşdirici birləşmə olub, başlangıc formada DNT – hədəflə qarşılıqlı təsirdə olur. Təcrübələrdə model mutagenin seçilməsi zamanı, həmçinin onların DNT molekulunda əmələ gətirdikləri ilkin zədələnmə tiplərinin spektri də nəzərə alınmışdır. Belə ki, MNNQ alkil qruplarının donoru olaraq, alkilləşmiş nukleotidlər tipli ilkin zədələnmələri əmələ gətirir. 
3. Analiz üsulları.
a). M=(n*100%)/N;     M = mutasiya tezliyi. n = bacı xromatid mübadiləsi. N = öyrənilmiş bütün hüceyrələr.
td=(М2- М1)/√(〖m1〗^2+〖m2〗^2 ) td - kənarlanma. M1 – kontrol variantın mutasiya tezliyi. M2- təcürbi variantın mutasiya tezliyi. m12 – kontrol variantın səhvi,  m22  -təcrübi variantın səhvi. m - səhv.  P – dəqiqlik fərqi. AEF= - (i-c)/i. AEF – mutagen əleyhinə effektlik faktoru. i - ilkin mutasiya göstəricisi, c - ilkin mutasiya göstəricisinə görə sonrakı modifikasiya olunmuş mutasiya səviyyəsi.
b). Ümumi qəbul olunmuş anafaza üsulu ilə laboratoriya heyvanlarının sümük iliyi hüceyrələrində xromosom aberrasiyalarının tezliyinin analizi.
c). Metafaza üsulu ilə insanın periferik qan limfositlərinin ilkin kulturalarında xromosom quruluşunun dəyişilməsi tezliyinin analizi.

Mutasiya prosesi modifikatorunun aktivlik dərəcəsi, AEF= İ-C/C əvvəlinci və əvvəlinciyə görə modifikasiya olunmuş mutasiya səviyyələri arasında fərqi ilkin göstəriciyə bölərək tapılmışdı.  

Laboratoriya heyvanlarında aparılan təcrübələrdə ağ cins olmayan cinsi yetişkənliyə çatmış siçovullara (bədən çəkisi 160±10qr olan) 5 gün ərzində ayrı-ayrı variantlara hər gün xüsusi kanyula ilə bilavasitə mədəsinə, sumax meyvəsindən alınmış ekstraktın bədən çəkisinə 0,1mq-dən 0,5 mq/100 qr qədər olan son dozaları verilib. Ekstraktın son porsiyası verildikdən bir sutka sonra elə həmin üsulla hər varianta kimyəvi mutagen –MNNQ (3 mq/100qr) verilib.

Ekstraktın yoxlanılmasında təcrübi model kimi sağlam donor insanların periferik qan limfositlərinin ilkin kulturasından istifadə olunub. Bunun üçün jelatinlə çökdürülmüş qan (1ml jelatin +10 ml qan), tərkibi (1:3) nisbətində heparinləşmiş plazma (0,1 ml hazır “Rixter” heparin məhlulu + 10 ml donor qanı), hazır kultural mühit (199 №-li mühit – 3 hissə + laktalbumin hidrolizatı – 1 hissə + iribuynuzlu heyvanların zərdabı – 1 hissə, + hemaaqlyutinasiya reaksiyasının törədicisi olan fitogemaqqlyutinin (FQA) (Welcome - 0.1 ml/10 ml qarışığı) olan qarışıq hazırlanıb. Bu şəkildə hazırlanmış qarışığı 5 saat 370 C temperaturda saxladıqdan sonra ekstraktın 0,001-dən 10 mkq/ml-ə qədər diapozonlu dozaları, 17 saatdan sonra isə təcrübi hissələr olan flakonların mühitlərinə 2 saat müddətində MNNQ (5mkq/ml) əlavə edilib. Bir saat keçdikdən sonra hər iki variantdakı mühit  təzə standart mühitlə əvəz olunub. Kulturanın inkişafının 24 saatında təcrübi və kontrol flakonların hamısına son dozası 10mkq/ml olan 5 bromdezoksiuridin daxil olunub və termostata qoyulub. Kultivasiyanın 72-ci saatında fiksasiya edilərək, xromosom aberrasiyalarının tezliyi və xromatidlərin differensial rənglənmə üsulundan istifadə etməklə hazırlanmış preparatlarda bacı xromatid mübadiləsi tezliyi analiz edilib.

Müzakirə və yekun
Cədvəl 1-də göründüyü kimi ağ cins olmayan siçovullarla aparılan təcrübələrdə Sumax meyvəsindən alınmış ekstrakt, düzünə tipli mutagen təsirə malik mutagen olan metilnitrozoquanoidin mühtində aprobasiya edilib. Siçovulun bədən çəkisinə 0,3 mq/100qr dozalı ekstrakt əlavə edildikdə daha yüksək effektivliklə MNNQ vasitəsilə heyvanların bud sümüyü iliyi hüceyrələrində yaradılmış gen mutasiyalarının tezliyini aşağı salır.  “Mutagen əleyhinə effektlik faktoru” 0,62 olmuşdu. Həmçinin 0,3-dən kənar dozalar həddində də (0,1-0,5 mq/100q) müxtəlif effektliklə qeyd edilən xromosom aberrasiyası tezliyini azaldır.

Cədvəl 2-də müşahidə edilən nəticələr göstərdiki, sumax meyvəsindən alınmış ekstrakt 0,001-dən 1,0 mkq/ml diapazon dozada “xromosom aberrasiyalarının tezliyini” və “bacı xromatid mübadiləsinin” əmələ gəlməsinin qarşısını alır. Mutagen əleyhinə ən yüksək effektlik isə ekstraktın 0,01mkq/ml dozası olmuşdur. Xromosom aberrasiyalarının tezliyi öyrənilən zaman “mutagen əleyhinə effektlik faktoru” 0,65, bacı xromatid mübadiləsi öyrənilən zaman isə AEF-0,51 olub.

Şəkillər

Açar sözlər

İstinadlar

1.Current Trends and Future Perspectives of Antimutagenic Agents // Journal of Food Chemistry& Nanotechnology. URL: http://dx.doi.org/10.17756/jfcn.2016-01
2.Muhammad Akram, Muhammad Riaz, Abdul Wadood Chishti Wadood, Ali Hazrat et. all. Medicinal plants with anti-mutagenic potential // Biotechnology & Biotechnological Equipment,
– 34: 1. – P. 309–318. DOI: 10.1080/13102818.2020.1749527
3.Muhammad Mushtaq, Bushra Sultana, Farooq Anwar, Sidra Batool. Antimutagenic and Antioxidant po-tential of aqueous and acidified methanol extracts from citrus limonum fruit
residues // J. Chil. Chem. Soc., – No. 2. 2015.
4.Wang L. E., Hsu T. C., Xiong P., Strom S. S., Duvic M., Clayman G. L., et al. 4-Nitroquinoline‑1‑oxide-induced mutagen sensitivity and risk of nonmelanoma skin cancer: a case–control analysis.
J Invest Dermatol. 2007; 127: 196–25.
5.Tshepiso Jan Makhafola, Esameldin Elzein Elgorashi, Lyndy Joy Mc Gaw et. all. The correlation between antimutagenic activity and total phenolic content of extracts of 31 plant species with high antioxidant activity // BMC Complementary and Alternative Medicine – Vol. 16. Article number: 490. 2016
6.Ghania Bouguellid, Chiara Russo, Margherita Lavorgna, Concetta Piscitelli, Karima Ayouni. et. all. An¬timutagenic, antigenotoxic and antiproliferative activities of Fraxinus angustifolia Vahl. leaves and stem bark extracts and their phytochemical composition // PLoS One. 2020. – Apr 16;15(4): e0230690. Doi: 10.1371/journal.pone.0230690. eCollection 2020. 
7.Current Trends and Future Perspectives of Antimutagenic Agents // Journal of Food Chemistry&Nanotechnology. URL: http://dx.doi.org/10.17756/jfcn.2016–01 
8.Muhammad Akram, Muhammad Riaz, Abdul Wadood Chishti Wadood, Ali Hazrat et. all. Medicinal plants with anti-mutagenic potential // Biotechnology & Biotechnological Equipment, – 34:1. – P. 309–318. DOI:10.1080/13102818.2020.1749527 

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 07.Apr.2026

Müəllif hüququ

© 2022-2025. Azərbaycan Tibb Universitetinin nəşri. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

Arterial hipertenziya və II tip şəkərli diabet xəstələrində lipid mübadiləsinin xüsusiyyətləri və yuxu arteriyalarında intima-media kompleksinin qalınlığı ilə əlaqəsinin öyrənilməsi

Baxılıb: 11