Abstract

"Every 40 seconds in the world, one person ends his life. This indicator of the World Health Organization shows how serious a problem suicide is worldwide. Although the number of such cases in Azerbaijan is not high compared to other countries, it should be noted with regret that about 400 people end their lives in our country every year." Professor Geray Garaybeyli, rector of AMU, expressed these thoughts in his speech at the scientific-practical conference dedicated to World Mental Health Day.

Cover Letter

“Dünyada hər 40 saniyədə bir nəfər öz həyatına son qoyur. Dünya Səhiyyə Təşkilatının bu göstəricisi intihar hallarının dünya miqyasında nə dərəcədə ciddi məsələ olduğunu göstərir. Digər ölkələrlə müqayisədə Azərbaycanda belə halların sayı çox olmasa da, təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizdə hər il 400-dək insan həyatına son qoyur”. Bu fikirləri ATU-nun rektoru professor Gəray Gəraybəyli Ümümdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş elmi-praktik konfransdakı çıxışında bildirib.

Professor G.Gəraybəyli deyib ki, Azərbaycanda intihar edənlər arasında uşaqlar, gənclər və ahıllar da var: “İntihar hallarının səbəbləri müxtəlifdir. Əsas diqqət intihar hallarının profilaktikasına, o cümlədən, intihar hallarına səbəb olan amillərin müəyyənləşdirilməsinə və aradan qaldırılmasına yönəldilməlidir. Bu məqsədlə bütün müvafiq dövlət qurumları və qeyri-hökümət təşkilatları, kütləvi informasiya vasitələri, vətəndaşlar, biznes qurumları öz fəaliyyətləri çərçivəsində əməkdaşlarının və əhalinin psixi sağlamlığının yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə diqqət yetirməyə çalışmalıdır”.
 

 

Figures

Keywords

References

Article Info:

Publication history

Published: 14.Oct.2019

Copyright

© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

I International Conference on Human Genetics and Genetic Diseases Problems and Development Prospects

Viewed: 200