Abstract

The diseases of parodontis are wide -spread in the world, while the disease is polietiological and the difficulty of its pothoghesis makes it difficult to work out preventive measures of its treatment. The aim of the research is clinical evaluation of complex treatment in the different stages of the parodontical diseases. Practically healthy 86 teenagers at the age 12-15 are observed during the clinical dental researches. 66 of them were examined by parodontical diseases and 20 of them were examined by paradontical intact. The clinical analyses are done as the adopted rule. To analyze the initial changes of parodont were used with microbiological study.

Cover Letter

GİRİŞ Mövzunun aktuallığı:  Müasir stomatologiyanın problemlərindən biri də parodont xəstəlikləridir.Dünya səhiyyə təşkilatlarının məlumatına görə əhali arasında parodont xəstəlikləri geniş yayılmışdır. Parodont xəstəliklərinin epidemiologiyası, etiologiyası, müalicə və profilaktikasına aid bir çox ölkələrdə çoxsaylı tədqiqatlar aparılmışdır [1,2] Məlum olmuşdur ki, parodont xəstəlikləri sosial şəraitdən asılı xəstəlikdir, onun yayılması sosial iqtisadi amillərlə və əhalinin sosial vəziyyətinin səviyyəsi ilə müəyyən olunur. Aydın olmuşdur  ki, parodont xəstəlikləri əhəmiyyətli dərəcədə yaş və cins, müəyyən qədər də peşə uyğunluğuna malikdir.Uşaqlarda xəstələnmə xeyli dərəcədə kommunal uyğunluğa da malikdir. Bir qayda olaraq , sahəsi kifayət qədər olmayan mənzillərdə, qeyri - qənaətbəxş sanitar- kommunal şəraitdə, aşağı kalorili qidalanma və keyfiyyətsiz içməli sudan istifadə etdikdə və sosial - iqtisadi xarakterli bir sıra digər amillər zamanı parodont xəstəlikləri ilə xəstələnmə daha çox olur [3,4].

Ağız  boşluğunun fərdi gigiyenasının  qeyri-qənaətbəxş  vəziyyəti ağız boşluğunda çoxsaylı patogen mikroorqanizmlərin məskunlaşmasının əsas göstəricisi  sayılır. Bu törədicilər  parodont xəstəliklərinin etiologiyasında  başlıca rol oynayırlar. İndiyə qədər uşaqlarda parodont xəstəliklərinin etiologiyasının spektri axıra qədər müəyyən edilməmişdir, ona görə də  bu sahədə aparılan tədqiqatlar aktualdır və böyük əhəmiyyət kəsb edir. Belə ki, parodont xəstəliklərinin  effektiv  müalicə taktikası  törədicilərin  növündən və antibakterial vasitələrə  qarşı onların həssaslığından  asılı olaraq seçilir. Parodontun iltihabi xəstəliklərinin  etioloji strukturuna mikroorqanizmlərin hansı növünün daha  çox təsiri barəsində məlumatlar əldə etmək üçün bir sıra müayinələr yerinə yetirilmişdir [5,6,].

Beləliklə, müxtəlif zamanlarda respublikamızda və digər ölkələrdə, aparılan tədqiqatlar parodontun iltihabi xəstəliklərinin  yüksək intensivlikdə geniş yayıldığını göstərir. Bu isə parodont xəstəliklərinin müalicə-profilaktikası istiqamətində aparılan tədqiqatların elmi-praktiki əhəmiyyətini artırır.

Epidemioloji məlumatlar parodont xəstəliklərinin yayılmasını və intensivliyini öyrənmək üçün mühüm əhəmiyyətə malikdir, həmçinin məqsədyönlü müalicə-profilaktika tədbirlərinin aparılması üçün geniş imkanlar açır. Tədqiqatçıların əksəriyyəti uzun illər belə hesab edirdi ki, parodontun iltihabi  xəstəlikləri orta və yuxarı yaşlarda daha cox yayılmışdır. Amma, son illərin epidemioloji tədqiqatları inandırıcı şəkildə nümayiş etdirdi ki, parodontun iltihabi xəstəlikləri təkcə böyük yaşlarda deyil, həm də gənc yaşlarda çox yayılmışdır [7,8,9]. Bəşəriyyət stomatoloji xəstəliklərin nəzarət altnda saxlanılmasına dair böyük enerji sərf edir, lakin indiyə qədər onu heç stabilləşdirmək də  mümkün olmamışdır, o hər yerdə fasiləsiz olaraq çoxalır və bu, ilk novbədə parodontun iltihabına aiddir. Belə vəziyyət bir sıra səbəblərlə izah olunur. Bunlardan biri odur ki, bir çox stomatoloji xəstəliklər etioloji cəhətdən mikroorqanizmlərin təcavüzü ilə əlaqədardır. İnsanların antibakterial preparatlardan uzun müddət kütləvi şəkildə, özbaşına və nəzarətsiz istifadə etməsi nəticəsində bir çox dominantlıq edən mikroorqanizmlərdə onlara qarşı davamlı rezistentlik əmələ gəlmişdir, ona görə də hər zaman bu xəstəliklərin konservativ müalicəsinin efektivliyi artmır. Stomatoloji xəstəliklərin qarşısının alınmasına dair mühüm işlər görülür, lakin hələlik bu problem aktual olaraq qalır [10,11]. Tədqiqatın məqsədi: Parodont xəstəliklərinin müxtəlif mərhələlərində ağız boşluğunun klinik qiymətləndirilməsi və fərdi müalicə-profılaktik tədbirlərin işlənib hazırlanmasıdır.

MATERİAL VƏ METODLAR
Klinik stomatoloji tədqiqatlara 86 nəfər 12-15 yaşında yeniyetmə cəlb edilmişdir. Onlardan 66 nəfəri parodont xəstəlikləri ilə və 20 nəfər intakt parodontla müayinə olunmuşdur. Klinik müayinələr ümumi qəbul olunmuş qaydalarla aparılmışdır.Mikrobioloji müayinələr Qram üsulu ilə boyadılmış yaxmaların mikroskopik müayinəsi ilə aparılmışdır.Bakterioloji müayinələr üçün götürülmüş materiallar, bərk  qidalı  mühitlərə  dörd  sektorlu  əkin  üsulu  ilə  əkilmiş və  bitmiş  mikroorqanizmlərin  kultural  və  morfoloji xassələrinə  əsasən  onlar  identifikasiya  edilmişdir. Müayinə  materiallarındakı  mikroorqanizmlərin miqdarı  dörd  “+”  sistemi  üzrə qiymətləndirilmişdir. Paradontda gedən dəyişikliklər mikrobioloji göstəricilərin köməyi ilə mütləq və faizlə müəyyən edilmişdir. Orta dərəcəli parodontitli xəstələrdə (10 nəfərdə) dişəti cibi mayesində mikroorqanizmlərin rastgəlmə tezliyi öyrənilmişdir. Aparılan klinik-laborator müayinələrin nəticələri orta ədədi kəmiyyət (x−) və onun xətasının (Sx) təyini ilə variasion statistik metodla hesablanmış, fərqlərin dürüstlüyü parametrik və qeyri-parametrik üsullarla-t(Styüdent meyarı), -işlənilmişdir [11].

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Parodont xəstəliklərinin kompleks müalicəsinin səmərəliliyini qiymətləndirmək üçün dişəti mayesində bir sıra mikroorqanizmlərin növləri və intensivliyi orta dərəcə ağırlıqlı parodontit diaqnozlu 10 nəfərdə, müalicə profilaktik tədbirlərdən öncə və sonra  təyin edilmişdir.Aydın olmuşdur ki, orta dərəcəli parodontitli xəstələrin hamısında, dişəti mayesində Streptococcus və Lactobacillus aşkar edilmiş və bir çox hallarda bu mikroorqanizmlərin intensivliyi yüksək  (80%) olmuşdur. Neyseria və Mikrococcus nisbətən az müəyyən olunmuş, müvafiq olaraq 85,0±7,98% və 80,0±8,94% təşkil etmişdir, intensivlik göstəriciləri isə 58,8±11,94%, və 68,8±11,59% olmuşdur.

Enterococcus, Difteroid, Stomatococcus daha da az olmuş 45,0±11,12% ilə 50,0±11,18% intervalında dəyişmiş, intensivliyi orta və aşağı (33,3±15,71%-44,4±16,56%) səviyyədə olmuşdur. Actinobacillus, Candida, St. Epidermidis mikroorqanizmləri ən az olmuş, intensivliyi isə aşağı (50±20,41%) səviyyədə qeyd edilmişdir. Tədqiqatlar nəticəsində aydın olur ki, Streptococcus və Lactobacillus qrupu mikroorqanizmləri bütün xəstələrdə aşkar edilmiş və yüksək intensivlikdədir. Neyseriya və Mikrococcus mikroorqanizmləri də xəstələrin böyük əksəriyyətində müəyyən edilmiş və qeyd edilən mikroorqanizmlərlə birlikdə parodont xəstəliklərinin patogenezində əsas rol oynayırlar. Digər mikroorqanizmlər xeyli az və aşağı intensivlikdə rast gəlinsə də,belə bir qənaətə gəlməyə inkan verir ki, onların da parodont xəstəliklərinin kliniki mənzərəsinin dəyişməsində müəyyən rolu vardır. Qeyd edilənlər mikroorqanizmlərin rastgəlmə tezliyi cədvəlindən aydın görünür (cədvəl 1). 10 xəstə üzərində aparılan iş, göstərdi ki, bizim müayinəmizdə  ən azı 2 mikroorqanizm növü mövcuddur və əksərən 2-dən 7-ə qədər müxtəlif növ mikroorqanizm aşkar edilmişdir. Eyni zamanda 4 növ mikroorqanizmin qeyd edildiyi halların çoxunda olması bir daha Streptococcus, Lactobacillus, Neyseria və Mikrococcusun parodont xəstəliklərinin inkişafında müəyyən rolunun olduöunu sübut edir. Ümumiyyətlə, mikroorqanizm növlərinin sayı ilə onların birlikdə müəyyən edilməsi tezliyi arasında birbaşa əlaqələr olduğu görünür, bu da deyilən göstəricilərin əlaqəli olduğunu göstərir. Ağız boşluğuna kompleks müalicə tətbiq etdikdən sonra dişəti mayesi mikroflorasında əsaslı dəyişikliklər müəyyən olunmuşdur (Cədvəl 2). Kompleks müalicə nəticəsində dişəti mayesində mikroorqanizm növlərinin sayı əsaslı surətdə azalmışdır. İlk baxışda əsas patogen mikroorqanizmlərin (Streptococcus, Lactobacillus) ekstensivliyinin o qədər də dəyişmədiyi, müvafiq olaraq 85,0±7,98% (p 0,01) və 90,0±6,71% (p 0,01) görünür, lakin onların intensivliyinin əhəmiyyətli dərəcədə enməsi aparılan kompleks müalicə profilaktik tədbirlərin effektivliyini göstərir. Neiseria və Micrococcus mikroorqanizmlərinin intensivliyi azalmış, müvafiq olaraq 35,0±10,67% (p 0,01) və 40,0±10,95% (p 0,01) olmuş, intensivlik göstəriciləri xüsusilə azalmışdır. Kompleks müalicədən sonra dişəti mayesində iki növ mikroorqanizmin müəyyən edilməsi halları kəskin artmışdır. Streptococcusda öncə orta intensivlik göstəricisi 15,0±7,98% olmuş, kompleks müalicədən sonra 58,8±11,94%.olmuşdur. Lactobacillusun orta intensivlik göstəricisi əvvəl 20,0±8,94% olmuş, kompleks müalicədən sonra isə 38,9±11,49% qeydə alınmışdır.

Qeyd: p-kompleks müalicədən əvvəlki vəziyyətə nəzərən intensivlik göstəricilərinin dəyişməsi statistik dürüstdür (p<0,01).Kompleks müalicədən əvvəlki vəziyyətə nəzərən mikroorqanizmlərin rastgəlinməsi göstəricisinin dəyişməsi statistik dürüstdür( p<0,01). Dişəti mayesində mikroorqanizmlərin intensivlik göstəricilərinin dəyişməsi də kompleks müalicənin səmərəliliyini təsdiq edir. Kompleks müalicədən əvvəl xəstələrin dişəti mayesində ümumiyyətlə 121 bakterioloji vahid (hər növ üzrə göstəricilərin ümumi sayı) müəyyən edilmişdir. Bunlardan 44 vahid yüksək, 39 vahid orta,37 vahid aşağı intensivliyə düşmüşdür. Kompleks müalicədən sonra 73 bakterioloji vahid, onlardan 10 vahid yüksək, 36 vahid orta, 37 vahid aşağı intensivlikdə müəyyən edilmlşdir.

Beləliklə, ağız boşluğuna kompleks müalicə profilaktik tədbirlər tətbiq etməklə orta dərəcəli parodontitli xəstələrdə alınan mikrobioloji göstəricilərin müsbət nəticələri, kompleks müalicə profilaktik tədbirlərin parodont  xəstəliklərinin patogenetik müalicəsində səmərəli olduğunu aydın göstərir.

YEKUN
Paradont xəstəlikləri zamanı aparılan kompleks müalicə profilaktik tədbirlər  ağız boşluğunun gigiyenik vəziyyətini və stomatoloji sağlamlığı yaxşılaşdırır. Beləliklə, erkən dövrdə parodont xəstəliklərinin  xroniki hala keçməsinin qarşısını almaq məqsədilə klinik, mikrobioloji göstəricilərin dinamikası, fərdi psixoloji motivasiya və kompleks müalicə profilaktik tədbirlərin rolunu  qiymətləndirmək vacibdir.

Figures

Keywords

References

1. Нигматов Р.Н.,Рузметова И.М., Нигматова Н.Р. Вторичная деформация зубов, зубных рядов и прикуса после частичной вторичной адентии. Клиника, методы профилактики и лечения: Учеб.метод.пособие.Ташкент, 2016.

2. Нагайцева Е.А. Гигиена полости рта как полости рта стоматологическиз заболеваний. Международный студенческий научный вестник (Электронный журнал). 2016; 2.

3. Aizenbud I, Wilensky A, Almoznino G. Periodontal Disease and Its Association with Metabolic Syndrome-A Comprehensive Review. Int J Mol Sci. 2023 Aug 21;24(16)

4. Kinane DF, Stathopoulou PG, Papapanou PN. Periodontal diseases. Nat Rev Dis Primers. 2017 Jun 22;3:17038.

5. Daalderop LA, Wieland BV, Tomsin K, Reyes L, Kramer BW, Vanterpool SF, Been JV. Periodontal Disease and Pregnancy Outcomes: Overview of Systematic Reviews. JDR Clin Trans Res. 2018 Jan;3(1):10-27.

5. Uwitonze AM, Uwambaye P, Isyagi M, Mumena CH, Hudder A, Haq A, Nessa K, Razzaque MS. Periodontal diseases and adverse pregnancy outcomes: Is there a role for vitamin D? J Steroid Biochem Mol Biol. 2018 Jun; 180:65-72.

6. Bornstein MM, Andreoni C, Meier T, Leung YY. Squamous Cell Carcinoma of the Gingiva Mimicking Periodontal Disease: A Diagnostic Challenge and Therapeutic Dilemma. Int J Periodontics Restorative Dent. 2018 Mar/Apr;38(2):253-259.

7. Kwon T, Lamster IB, Levin L. Current Concepts in the Management of Periodontitis. Int Dent J. 2021 Dec;71(6):462-476. 

7. Etta I, Kambham S, Girigosavi KB, Panjiyar BK. Mouth-Heart Connection: A Systematic Review on the Impact of Periodontal Disease on Cardiovascular Health. Cureus. 2023 Oct;15(10):e46585.

8. Schaefer G., Pitchika V., Litzenburger F.et al. Evaluation of occlusal caries detection and assessment by visual inspection, digital bitewing radiography and near infrared light transillumination // Clin. Oral Invest. 2018. Vol. 18.

9. Xu F., Zhang H.X. Comparison of minimally invasive extraction and traditional method in the extraction of impacted mandibular third molar//Shankhai Kou Qiang Yi Xue. 2016.Vol.25, №5.R.613-616.

 

Article Info:

Publication history

Published: 26.Nov.2025

Copyright

© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.

Related Articles

VAGINAL REJUVENATION USING THE FRACTIONAL CO2 LASER TECHNIQUE

Viewed: 47