Abstrakt
T.Ə.Əliyevin çox cəhətli elmi-tədqiqatlarının əsasını Azərbaycanın kurort amillərinin müalicəvi təsiri,endokrin sistem xəstəliklərinin patogenezinin, klinikasının və müalicə üsullarının öyrənilməsi, qanın laxtalanma, əks laxtalanma və fibrinoliz sistemində patoloji şəraitdə baş verən dəyişikliklər və onların korreksiya üsulları, miokardin farktının müalicəsi və digər problemlər təşkiletmişdir.
Əsas mətn
Tamerlan Əliyevin alim, həkim, pedaqoq və insan kimi keçdiyi şərəfli ömür yolunun hər bir alim və həkim üçün müdriklik məktəbi olduğunu deyən Teymur Musayev onun ömrünün sonunacan öz gücünü və bacarıqlarını doğma Azərbaycana xidmətə sərf etdiyini, xalqın rifahı naminə çalışdığını diqqətə çatdırıb. Bildirib ki, atasının yolunu davam etdirən T.Əliyev 1944-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu (ADTİ) bitirdikdən sonra bir müddət Azərbaycan Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunda, sonradan Tibb İnstitutunun mikrobiologiya kafedrasında çalışıb: “1945-ci ildən isə əmək fəaliyyətini ADTİ-nin fakültə terapiyası kafedrası (indiki daxili xəstəliklər kafedrası) ilə bağlayıb. Tamerlan Əliyev 1945-1948-ci illərdə fakültə terapiyası kafedrasının ordinatoru, 1948-1969-cu illərdə assistenti, 1969-cu ildə isə dosenti vəzifələrində çalışmış, 1970-1990-cı illərdə kafedranın professoru olmuş və kafedraya rəhbərlik etmiş, 1990-cı ildən ömrünün sonuna qədər kafedranın professoru vəzifəsində işləmişdir”.
Tamerlan Əliyevin ömrünün son günlərinədək öz prinsiplərinə, xalqın rifahı naminə fədakar fəaliyyətə sadiq qaldığını bildirib: “Tamerlan Əliyev unikal təbii ehtiyatlarla – mineral sular, palçıq vulkanları, Naftalan nefti, duz mağaraları və digər müalicəvi mənbələrlə zəngin olan Azərbaycanda kurort müalicəsinin inkişaf perspektivlərinə böyük diqqət yetirirdi”.
Şəkillər
Açar sözlər
İstinadlar
Məqalə barədə təfərrüatlar:
Nəşr tarixçəsi
Dərc edilib: 14.Nov.2022
Müəllif hüququ
© 2022-2025. Azərbaycan Tibb Universitetinin nəşri. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.Əlaqəli məqalələr
Baxılıb: 345