Abstrakt

Azәrbaycan Respublikası Müdafiə Nazirliyinin tәşkilatçılığı ilə Silahlı Qüvvәlәrinin Hәrbi Akademiyasında “2-ci Qarabağ müharibəsi, yeni nəsil müharibə kimi” mövzusunda onlayn beynәlxalq elmi-praktik konfrans keçirilmişdir.

Əsas mətn

Milli Müdafiə Universitetinin təşkilatçılığı ilə "Vətən müharibəsi: 44 günlük zəfər salnaməsi" mövzusunda respublika elmi-praktik konfransı keçirilir.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müdafiə nazirinin salamlarını konfrans iştirakçılarına çatdıran müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev konfransda çıxış edərək Azərbaycan Ordusunda aparılan islahatların elmi əsaslara söykəndiyini qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordumuzun qardaş Türkiyə Silahlı Qüvvələri modelinə uyğun inkişaf etdirilməsi barədə göstərişinin hərbi və elmi cəhətdən öz bəhrəsini verdiyi konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Türkiyə Silahlı Qüvvələri standartlarına uyğun ordu modelinin müasir ordunun əsası olduğu, eyni zamanda bunun Azərbaycan ilə Türkiyə orduları arasında hərbi, hərbi-texniki, elmi və digər məsələlərdə uyarlığı təmin etdiyi bildirilib.

İşğal edilmiş torpaqlarımızın azad edilməsinə nail olunmasında Vətən müharibəsinin mahiyyət etibarı ilə ümumxalq ideyası və amalına çevrildiyini bildirən Baş Qərargah rəisi Qələbəmizin xalqın sarsılmaz iradəsi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Silahlı Qüvvələrimizin bütün qoşun növü və qismlərinin qarşılıqlı fəaliyyəti, o cümlədən yeni üsul və ən müasir silahların tətbiqi ilə qazanıldığını xüsusi vurğulayıb.

Şəkillər

Açar sözlər

İstinadlar

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 25.Nov.2022

Müəllif hüququ

© 2022-2025. Azərbaycan Tibb Universitetinin nəşri. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

44 günlük vətən müharibəsində qazanilan qələbənin ildönümünə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans

Baxılıb: 260