Abstract
Large-scale events are organized by Azerbaijan Medical University in connection with the 100th anniversary of the birth of national leader Heydar Aliyev. Among them, the International Scientific-Practical Congress on Current Problems of Medicine and field conferences and symposia were held within it.
Cover Letter
Həyata keçirilən konqresin tibb elm adamları, müxtəlif ixtisasların mütəxəssisləri, həkim, rezidentlər, tibb təhsili alan tələbələr üçün nəzəri və praktik əhəmiyyət daşıyacağı şübhəsizdir. Təşkilat komitəsi günümüzdə elmi və praktik ehtiyacların ödənməsi üçün müasir texnologiyaları, müalicə metodlarını, yanaşmaları müzakirə etməyi qarşıya məqsəd qoyub. Bunun üçün konqresdə təbabətin müxtəlif sahələrində aktual olan bir çox problemlərin həlli yolları haqqında tibb alimləri və mütəxəssislər tərəfindən elmi məruzələr təqdim olunacaq”.
Konqresdə, həmçinin Səhiyyə Nazirliyinin nümayəndəsi, Yeditepe Universiteti Süni Mayalanma Mərkəzi, Qadın xəstəlikləri və Doğum kafedrasının müdiri professor Erkut Attar, Harran Universiteti Tibb Fakültəsi Ümumi Cərrahiyyə və Cərrahi Onkologiya kafedrasının müdiri, Türk Cərrahi Dərnəyinin həmsədri professor Ali Uzunköy, Memorial Ankara Xəstəxanası, Orqan Transplantasiyası şöbəsinin müdiri professor Acar Tüzüner, Özbəkistan Respublikası Səhiyyə Nazirliyinin baş neyrocərrahı, Neyrocərrahiyyə Mərkəzinin direktoru professor Qayrat Kariev və digərləri çıxış ediblər. Onlar qeyd ediblər ki, ölkənin səhiyyə sisteminin müasir və beynəlxalq çağırışlar fonunda inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu istiqamətdə görülən işlər arasında səhiyyə infrastrukturlarının təkmilləşdirilməsi, səhiyyə işçilərinin ixtisaslaşması, müasir texnologiyaların tətbiqi və vətəndaşların sağlamlıq xidmətlərinə bərabər çıxışının təmin edilməsi kimi tədbirlər yer alır.
Figures
Keywords
References
Article Info:
Publication history
Published: 14.Jul.2023
Copyright
© 2022-2025. Azerbaijan Medical University. E-Journal is published by "Uptodate in Medicine" health sciences publishing. All rights reserved.Related Articles
Viewed: 445


