Abstrakt

Əməkdar elm xadimi, akademik Mustafa Ağabəy oğlu Topçubaşovun anadan olmasının 130 illiyinə həsr olunmuş “AKADEMİK İRS-130: CƏRRAHİYYƏDƏ ELMİ VƏ PEŞƏKAR YANAŞMALAR” mövzusunda Elmi-praktik konfransın TEZİSLƏRİ

Əsas mətn

Hörmətli həmkarlar, professor-müəllim heyəti və dəyərli tələbələrimiz,


Bu il biz Azərbaycan elminin və təhsilinin inkişafında misilsiz xidmətləri olmuş böyük şəxsiyyət, dərin zəkası, vətənə sədaqəti və elmə bağlılığı ilə hər zaman örnək olan görkəmli alim və ictimai xadim Mustafa Topçubaşovun 130 illik yubileyini böyük qürur və ehtiramla qeyd edirik.
Topçubaşovun adı, sadəcə, elmi nailiyyətləri ilə deyil, həm də milli kimliyimizin, intellektual irsimizin və vətənpərvər ziyalı ənənələrinin simvoludur. Onun fəaliyyəti təkcə öz dövrünün deyil, bu günümüzün və gələcəyimizin də yolunu işıqlandıran bir mayakdır.
Topçubaşov Azərbaycan elminə və maarifinə verdiyi töhfələrlə, milli-mənəvi dəyərlərə sadiqliyi və yüksək vətəndaş mövqeyi ilə təkcə öz dövrünün deyil, bütövlükdə elm tariximizin fəxri simalarından biridir. Onun tədqiqatları bu gün də öz aktuallığını qorumaqdadır və bir çox sahələrdə elmi məktəblərin formalaşmasında mühüm rol oynamışdır.
Böyük qürurla qeyd etmək istəyitm ki, ölkə başçısının tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsi ilə bağlı verdiyi sərəncamlar, sadəcə rəsmi sənəd deyil, milli- mədəni dirçəlişə və gələcək nəsillərin sağlam mənəvi ruhda formalaşmasına yönəlmiş strateji bir addımdır. Onun yubileyinin dövlət səviyyəsində qeyd olunması da məhz bu səbəbdən çox böyük əhəmiyyət daşıyır.

 

Əziz iştirakçılar!
30-31 oktyabr 2025-ci il tarixində ATU-da bu əlamətdar gün münasibətilə təşkil edilən elmi-praktik konfranslar, seminarlar və tədbirlər bizim üçün həm də bir hesabatdır – görkəmli şəxsiyyətlərin yolunu davam etdirdiyimizi göstərən bir vəfa borcudur.
Bu yubiley – sadəcə bir tarix deyil. Bu, həm də onun ideyalarına, elmi irsinə və mənəvi dəyərlərinə sədaqət andıdır. Ona görə də hər birimizi bu tədbirdə fəal iştirak etməyə, onun irsini daha dərindən öyrənməyə və gənc nəslə çatdırmağa çağırıram.
Universitetimizin adından və rəhbərlik adından bu möhtəşəm konfransda iştirak edən elm adamlarına və tələbə gəncliyə təşəkkürümü bildirirəm. Əminəm ki, bu konfrans çərçivəsində səslənəcək fikirlər, təqdim olunacaq məruzələr və aparılacaq müzakirələr yeni elmi baxışlara və yanaşmalara yol açacaq, Topçubaşov irsinin daha dərindən tədqiqinə stimul verəcəkdir.
Ulu Topçubaşovun işıqlı xatirəsi qarşısında baş əyir, onun davamçısı olan bütün elm və təhsil fədailərinə uğurlar arzulayıram!
Qoy onun ideyaları və elmi irsi hələ uzun illər boyu tədqiq olunsun, yaşasın və gələcək nəsillərə yol göstərsin!
Sizi bu elmi konfransda fəal iştirak etməyə, fikir mübadiləsi aparmağa və akademik mühitin daha da inkişafına töhfə verməyə dəvət edir, konfransın işinə uğurlar arzulayıram.

Azərbaycan Tibb Universitetinin rektoru

Professor Gəray Gəraybəyli

Şəkillər

Açar sözlər

İstinadlar

Məqalə barədə təfərrüatlar:

Nəşr tarixçəsi

Dərc edilib: 21.Oct.2025

Müəllif hüququ

© 2022-2025. Azərbaycan Tibb Universitetinin nəşri. Jurnalın elektron versiyası "Uptodate in Medicine" tibb nəşriyyatı tərəfindən dərc olunur. Bütün hüquqlar qorunur.

Əlaqəli məqalələr

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Təbabətin Aktual Problemleri

Baxılıb: 385